Modern.az

İtaliyada koronavirusdan sağalanların sayı artır, ölənlər azalır

İtaliyada koronavirusdan sağalanların sayı artır, ölənlər azalır

31 Mart 2020, 19:03

İtaliyada koronavirusdan sağalanların sayında artım, yeni yoluxma hallarında isə azalma müşahidə olunmağa başlayıb.

Modern.az xəbər verir ki, indiyədək ölkə üzə 100 mindən çox yoluxma faktı təsdiqlənib.

 

Son hesablamalara görə, vəfat edənlərin sayı hələ də artsa da, yeni yoluxanların sayında ciddi azalma qeydə alınıb. Həyatını itirənlərin əksəriyyəti əvvəl yoluxmuş insanlardır.

Ölkə hələ də izolyasiya vəziyyətindədir. Virusun daha az yayıldığı cənub bölgəsində isə insanlar ümumi həmrəylik göstərərək evdən çıxmırlar.

 

Baş Nazir Cüzeppe Konte son iclasda deyib ki, müsbət tendensiya davam edərsə, gələn həftə bir sıra istehsal müəssisələrinin açılması məsələsi müzakirəyə çıxarıla bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?