Prezident İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamla Göygöl rayonunun əhalisi 13774 nəfər olan 7 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Göygöl rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 aprel tarixli Sərəncamına Əlavə
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, nəfər |
| Balçılı kəndi | 2 | 2377 |
| Hacıməlik kəndi | 2 | 4276 |
| Haçaqaya kəndi | 1 | 305 |
| Xaqani kəndi | 2 | 2037 |
| Qırıqlı kəndi | 1 | 1795 |
| Quşqara kəndi | 1 | 1644 |
| Nadil kəndi | 1 | 1340 |
Cəmi | 10 | 13 774 |