Arxiv
1 Aprel 2020, 16:18 | ÖLKƏ
Komitə sədrindən torpaqları qamarlayan məmurlara MESAJ: “Heç kim özü ilə o dünyaya aparmayacaq”

Dünyanı cənginə alan koronavirus pandemiyası dövründə gündəmə gələn əsas məsələ insanların ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Sərhədlərin bağlanması fonunda idxal-ixrac əməliyyatlarının məhdudlaşdırılması bu problemi bir az da qabardıb. Azərbaycan isə illər əvvəl aqarar sektorda əldə etdiyi uğurları bərpa edə bilmir. Buna əsas səbəblərdən biri də əkinə yararlı torpaqların oliqarx məmurlar tərəfindən zəbt olunmasıdır. Heç kimə sirr deyil ki, Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkərək, "ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır", deyə bildirmişdi:


"Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək".


“Koronavirus olmasa belə, biz...”

 

Problem barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, hər qarış torpaqdan istifadə edilməli, ondan məhsul götürülməlidir:


“Bu, ərzaq təhlükəsizliyi üçün olduqca vacibdir. İldən ilə əhalinin sayı, xaricə ixrac edilən məhsulların həcmi, insanların ərzağa olan tələbatı artır. Biz həm özümüzü ərzaqla təmin etməliyik, həm də məhsulu xaricə çıxartmaqla ölkəyə valyuta gətirməliyik. Ona görə də ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə işlər intensivləşdirilməlidir. Hazırda bu istiqamətdə işlər gedir. Bəzi yerlədə torpaqların üzərində əvvəlki kimi məmur istismarı azalıb. Mən özüm də bunun şahidi olmuşam. Ötən il Azərbaycanda 67 min ton artıq pambıq istehsal etdik, məhsul istehsalı 29,5 sentinerə çatdırıldı. 201 min ton üzüm, 3 milyon tondan artıq taxıl istehsal etdik ki, bunun da 2 milyondan artığı buğdadır.

Ona görə də əkinə yararlı torpaqların hamısından istifadə olunmalıdır. Ölkə başçısı dəfələrlə xatırladıb. Yerlərdə müvafiq orqanlar tərəfindən əkinə yararlı torpaların kəndliyə geri verilməsi istiqamətində işlər aparılır. Torpaqların əkin dövriyyəsinə cəlb olunmasının nəticəsidir ki, biz lazım olan bir çox sahələrdə-çayçılıqda, tərəvəzçilikdə, taxılçılıqda artıma nail olmuşuq. Amma problem hələ də tam olaraq aradan qaldırılmayıb. Ayrı-ayrı məmurların əlində olan torpaqlar var ki, nə sahibləri istifadə edir, nə kiməsə istifadəyə verirlər. Torpağı götürmüsən, yararsız hala salmaqdansa, kəndliyə icarəyə ver, yaxud özün rəhbərlik et ki, insanlar əkin-biçinlə məşğul olsunlar. Biz indidən addımlar atmalıyıq ki, bir neçə ay sonra qıtlıqla üz-üzə qalmayaq. Lap koronavirus təhlükəsi olmasa da belə, biz müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Müharibə şəraitində yaşayan ölkə qida təhlükəsizliyini mütləq təmin etməlidir. Təcavüzkar ölkə müharibə elan edə və sabahı gün döyüşlər başlaya bilər. Bu zaman bizim bəzi ölkələrlə iqtisadi əlaqələrimiz kəsilə bilər. Ölkədə çətinlik yarana bilər. Ona görə hamı bu barədə fikirləşməlidir. Ölkə rəhbərinin qətiyyətli addımları nəticəsində bu işlər görülür. Mən ümid edirəm ki, bir neçə ilə dövriyyədən kənarda əkinə yararlı torpaq qalmayacaq”.

 

“Heç kim torpağı özü ilə aparamayacaq”

 

Komitə sədri oliqarx məmurlara dünyanın fani olması ilə bağlı mesaj da verib:


“Mən hər kəsi birliyə səsləyirəm. İndilərdə Ağcabədidən yaxşı bir xəbər aldım. Deməli 130 mağaza pulsuz çörək aksiyasına start verib. Sosial işçilər tənha adamlara həmin mağazalardan çörək aparırlar. Bu çətin günlər insanları birləşdirir. Bizim yeraltı-yerüstü sərvətlərimiz çoxdur deyə ona arxayın olmuşuq. Koronavirus “Biz hər şeydən xaliyiq” fikrinin tamamilə yanlış olduğunu göstərdi. Pandemiya göstərdi ki, insan onun qarşısnda acizdir, elm acizdir, təbabət acizdir. Bu döyüş deyil, müharibə deyil, amma onu bioloji müharibə adlandırmaq olar. Birdən-birə ölkələr nə vəziyyətə düşdü. Biz hamımız birliyimizi göstərməliyik. Əgər xəstə insan bilirsə ki, hər gün onun evinə puluz çörək gələcək, o nə qədər sevinir. Digər tərəfdən bu, gənclər üçün bir dərsdir. O cümlədən, bəzi insanlar, məmurlar, zənginlər düşünməsin ki, torpağı özü ilə o dünyaya aparacaq. O torpaqlar imkanı olmayan, bacarıqlı insanlara, kəndlilərə verilməlidir ki, torpaq yaşasın, ölkənin iqtisadi gücü artsın, vətəndaşın ərzaq təhlükəsizliyi təmin olunsun”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev məktəb tikintisinə 2 milyon ayırdı 4 İyun 2020, 15:06 Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM... 4 İyun 2020, 15:00 Prezident yol tikintisinə 5 milyon ayırdı 4 İyun 2020, 14:55 Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR 4 İyun 2020, 14:52 “Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 4 İyun 2020, 14:50 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başladı 4 İyun 2020, 14:47 Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ 4 İyun 2020, 14:45 Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU 4 İyun 2020, 14:40 Şənbə-bazar evdən yalnız BU İCAZƏ ilə çıxmaq mümkün olacaq 4 İyun 2020, 14:37 Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi 4 İyun 2020, 14:32 DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54 Lukaşenko yeni Baş Nazir təyin etdi 4 İyun 2020, 13:48 Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət edəcək 4 İyun 2020, 13:42 Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK 4 İyun 2020, 13:36 Bu il 11-ci sinfi 80646 şagird bitirir 4 İyun 2020, 13:30 Sabah hava necə olacaq? - PROQNOZ 4 İyun 2020, 13:20 Dünyanın bu ərazisi də koronavirusdan QURTULDU 4 İyun 2020, 13:14 Azərbaycanlı eks-deputatın şirkəti Moskvada 21 milyon dollara bina aldı 4 İyun 2020, 13:10 Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ 4 İyun 2020, 13:05 Dərmanından zəhərlənən qadın xəstəxanada öldü 4 İyun 2020, 13:00 Deputat seçicilərindən xahiş etdi - həftə sonu evdə qalın 4 İyun 2020, 12:56 DİM qabiliyyət imtahanlarına qeydiyyat elan etdi 4 İyun 2020, 12:50 Polis suda boğulan azyaşlını xilas etdi 4 İyun 2020, 12:46 Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə müraciət etdi 4 İyun 2020, 12:42 Parlament partiyaları: “Siyasi fəaliyyətdən imtina edib Qarabağ probleminə köklənmək olmaz” 4 İyun 2020, 12:36 Avropa çempionatı Parisdən alındı Bakıya verildi 4 İyun 2020, 12:30 Qazaxıstan və Macarıstan ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzv qəbul edilib 4 İyun 2020, 12:25