Modern.az

Məşhur müğənni koronavirusa yoluxdu

Məşhur müğənni koronavirusa yoluxdu

Dünya

4 Aprel 2020, 10:27

Amerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə müğənni özünün tvitter səhifəsində yazıb.

 

Pink iki həftə əvvəl 3 yaşlı oğlu ilə birgə COVID-19 simptomlarını hiss etdiyini deyib.

 

Onların hər ikisinin koronavirus testi müsbət nəticə verib. Müğənni oğlu ilə birgə iki həftə müddətində karantində olub.

 

Pinkin sözlərinə görə, bir neçə gün əvvəl keçirilən təkrar test bu dəfə mənfi nəticələnib. Həkimlər müğənni ilə oğlunun sağaldığını deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı