Arxiv
5 Aprel 2020, 09:43 | AKTUAL
Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü

Milli Məclisin deputatı Əziz Ələkbərli  seçiciləri ilə onlayn görüş keçirib.

 

Modern.az xəbər verir ki, Əziz Ələkbərli seçildiyi Saatlı rayonunun problemləri ilə bağlı Saatlı sakinləri, eləcə də seçki kompaniyasında dəstəkçi qrup üzvlərinin birgə iştirakı ilə onlayn görüş keçirib.

 

Gorüsdən öncə Əziz Ələkbərli saatlıları salamlamış, məlum səbəblərdən seçicilərlə planlaşdırdığı görüşün baş tutmaması ilə əlaqədar təəssüfünü bildirib.

 

Görüş zamanı koronavirus xəstəliyi və onunla bağlı ümumi ölkə üzrə, eləcə də Saatlıda mövcud vəziyyət, rayonun spesifik problemləri, camaatı narahat edən məsələlər müzakirə olunub.

 

Əziz Ələkbərli Saatlı sakinləri tərəfindən irəli sürülən təkliflər, eləcə də son günlər Saatlı seçiciləri tərəfindən daxil olan şikayətlərin umumiləşdirilərək tədbir görülməsi üçün nəzarətə götürüldüyü barədə məlumat verib.

 

Sonda Əziz Ələkbərli bir daha diqqəti koronavirus epidemiyası ilə bağlı ölkədəki mövcud vəziyyətə cəlb edərək, bildirib ki, dövlətimiz bütün dünyanı bürümüş bu bəlaya qarşı mübarizədə ilk gilk gündən xalqının yanında olub və ölkə başçısı cənab İlham Əliyevin çevik siyasəti, vaxtında həyata keçirdiyi önləyici tədbirlər nəticəsində ölkəmizdə vəziyyət hazırda bir çox ölkələrə nisbətən xeyli qənaətbəxş səviyyədədir. O, seçicilərini əmin edib ki, bundan sonra da dövlət vətəndaşlarının sağlamlığı və rifahı üçün əlindən gələni edəcək. “Karantin rejiminin bu günlərdə sərtləşdirilməsi də insanlarımızın saglamlığı naminədir və son dərəcə vacib addımdır, ona görə də hamı tam ciddiyyətlə qoyulan tələblərə əməl etməlidir. Cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın son günlərdə xalqa ünvanlanan müraciətləri də hakimiyyətlə xalqın birliyinin və həmrəyliyinin əyani sübutudur”, – deyə o, bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasın tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31 Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik” 5 İyun 2020, 13:27 Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ 5 İyun 2020, 13:27 İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi 5 İyun 2020, 13:25 “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik” - Samir Şərifov 5 İyun 2020, 13:20 "Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək 5 İyun 2020, 13:20 Tərcüməçi Həmzəli İlyas vəfat edib 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15