Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Dünya

5 Aprel 2020, 20:27

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.

 

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların sayı 174 nəfərə çatıb.


O deyib ki, bu gün dörd nəfərin koronavirusla bağlı testi müsbət nəticələnib.

Ölkədə bu günə qədər koronaviruslu xəstələrin 36-sı sağalıb, 2-si isə ölüb. Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar