Modern.az

Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı

Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı

5 Aprel 2020, 22:33

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində 6 saylı tam orta məktəbin qabağında qeydə alınıb.

Belə ki, orta yaşlı kişi kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb.

Hazırda bıçaqlanan şəxsi kimliyi və hadisənin hansı şəraitə baş verməsi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir