Arxiv
6 Aprel 2020, 14:27 | İQTİSADİYYAT
Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH

Neftin yaxın aylar üçün taleyi cümə axşamı müəyyən ediləcək. Aprelin 9-da OPEC və Rusiya (əslində Səudiyyə və Rusiya) görüş keçirəcək, müəyyən qərarların alınması gözlənilir.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

İqtisadçının fikrincə Donald Tramp və ABŞ dünyada neft qiymətlərinə təsir edən başlıca güc kimi yenə özünü göstərdi.

“Məsələnin məğzi nədir? Xatırlayırsınızsa, neft 70 dollara qalxan kimi Tramp bir tvit atdı və OPEC+ formatını təhdid etdi ki, qiymətləri süni yolla yuxarı çəkirlər, bu isə ABŞ üçün məqbul deyil, baha neft daha baha benzin deməkdir – amerikalılar üçün bu qəbuledilməzdir. Dəfələrlə qeyd etmişdim ki, ABŞ seçicilərinin səsvermədə ən çox fikir verdiyi məsələ benzin qiymətləridir, çünki ABŞ avtomobil ölkəsidir, hər 1000 nəfərə 838 avtomobil düşür, dünyada ən yüksək göstəricilərdən biridir. Tramp prezident seçilən il ABŞ-da 1 qallon benzinin (3,7 litr) ölkə üzrə orta qiyməti (ştatdan ştata fərqlənirdi) 2,5 dollar civarında idi. Keçən ilin sonunda 1 qallon benzinin qiymət 4 dollar civarında oldu – bu da Trampın xoşuna gəlmədi deyə ard-ardına tvit yazaraq, qiymətləri bir az aşağı çəkməyi bacardı. O zaman da təhdid dolu bəyanatları olurdu, hətta OPEC-lə bağlı “kartel sövdələşməsi” məsələsini məhkəməyə verməyi düşünürdülər. Trampın istəyi o idi ki, neft 45-50 dollar civarına çəkilsin, benzinin qallon qiyməti də 3 dollardan aşağı olsun – bu zaman seçkilərdə şansı artırdı, həm də ABŞ-ın irili-xırdalı neft istehsalçıları üçün 45-50 dollar koridoru çox konfortlu qiymət aralığı idi”.

Ekspert xatırladıb ki, martın əvvəlində OPEC-də razılaşma pozuldu, Rusiya və Səudiyyə anlaşmadılar, qiymətlər kəskin düşdü:

“Rusiyanın öz oyunu vardı – ABŞ istehsalçılarını bazardan sıxışdırıb çıxartmaq, amma əsas hədəf bu da deyildi: Məqsəd qazın da qiymətini ucuzlaşdıraraq, ABŞ-ın Avropaya sıxılmış qaz satmaq ideyasını puça çıxartmaq idi. ABŞ aqressiv şəkildə Avropaya sıxılmış qaz (LNG) satmağa başlamışdı, bu il isə satış həcmini 80 mlrd. m3-ə çatdırmağı palanlaşdırırdı. ABŞ qazı daha bahadır, logistika və əməliyyat xərcləri daha çoxdur, Rusiya isə borular vasitəsi ilə ildə Avropaya 150 mlrd. m3 qaz satır, bir neçə ay daha ucuz satmağa razı idi ki, təki ABŞ o bazara girə bilməsin. Məncə, Kreml bu planı keçən ilin sonunda təsdiqləmişdi, çünki OPEC+ formatında növbəti görüşün məhz mart ayında olacağı öncədən bilinirdi. Martın əvvəlində isə hələ dünya tam “qıfıllanmamışdı”, Kreml virusun təsirlərinin miqyasını anlamadı deyə anlaşmanı pozdu, amma Səudiyyə məsələnin ciddi olacağını bildiyindən daha böyük hasilat kəsintisinə getməyi təklif etmişdi. Təbii ki, bu Səudiyyənin ağlının məhsulu deyildi – böyük qardaşı, ABŞ məhz belə məsləhət görmüşdü. Məncə, ABŞ Rusiyanın qərarlarından öncədən xəbərdar idi, həm də virusun daha geniş karantin tədbirlərinə səbəb olacağını hesablamışdı”.

N.Cəfərli deyir ki, OPEC+ anlaşması pozuldu, neft 10 dollar ucuzlaşdı, bu hadisədən cəmi 5 gün sonra DST (Dünya Səhiyyə Təşkilatı) dünyada pandemiya elan etdi. Bundan sonra ölkələr ard-adrına qapanmağa, karantin tədbirlərini sərtləşdirməyə başladılar – nəticədə Dünyanın üzərinə qıfıl vuruldu. Bu isə dünyada neft istehlakını ilk həftə 8%, sonra 15%, bu günə isə 25-30% azaltdı. Nəticədə neft qiymətlərində “sərbəst düşmə” başladı, birja qiymətləri ilə spot (günlük real satış) qiymətləri arasında uçurum yarandı. Bu gün Dünyada günlük 101 mln. barel neft hasil olunur, günlük istehlak isə 65-70 mln. barelə düşüb – dünya neftdə üzür, xammalı saxlamağa rezervuarlar, tankerlər çatışmır.

“ABŞ neft istehsalçılarının hər barel üçün maya dəyəri 25-35 dollar arasında dəyişir (şirkətin böyüklüyü, logistik imkanları, texnologi vəziyyətinə görə), bugünki qiymətlər ABŞ istehsalçılarının 80%-nin bankrot olması deməkdir, amma orda da bir “pəncərə” var: ABŞ-da bütün neft istehsalçıları həmişə öz fəaliyyətlərini sığortalayırlar (hedging), bu onlara yaxın həftələrdə dözməyə imkan verəcək, amma qiymətlər 2 ay 20-25 dollarda qalsa, çoxu bankrot olacaq. ABŞ-da bu sahədə yüzminlərlə insan çalışır, məhz buna görə yenə Tramp müəllim tvit qılıncını əlinə alıb işə müdaxil oldu – Rusiyanı və Səudiyyəni təhdid edir ki, birlikdə hasilatı 10-15 mln. barel azaltsınlar, ABŞ özü isə hasilatı azaltmaq istəmir, deyir ki, bizdə 3300 iri-xırda şirkət var, dövlət onlara söz deyə bilməz.
Həm texniki, həm iqtisadi, həm də məntiq olaraq Rusiya və Səudiyyə hasilatı birdən-birə 10-15 mln. barel azalda bilməz – ikisinin birlikdə günlük hasilatı 21 mln. bareldir, gərək hər bir ölkə azı 5-6 mln. barel kəsintiyə getsin, bu isə mümkün deyil. Ən dəhşətlisi budur ki, qıfıllanmış Dünyada 10 mln. barel günlük hasilatın azalması belə işə yaramır – kəsinti ən azı 20 mln. barel olmalıdır ki, neft 35-40 dollar karidoruna yerləşsin, bu isə, dediyim ki, heç texniki olaraq da mümkün deyil.

Məncə, aprelin 9-da, cümə axşamı günü bazara sözlü müdaxilələr real işlərdən daha çox olacaq, təqribən, 5-6 mln. barel kəsintiyə gedəcəklər, bunun 3-3,5 mln. barelini Səudiyyə öz üzərinə götürəcək (burda da aferistlik var – onlar bu aydan günə 12 mln barel neft hasil edəcəklərini demişdilər, indi deyəcəklər ki, 9 mln. hasil edəcəyik, faktiki olaraq isə hələ artırmadıqları həcmdən imtina edəcəklər), Rusiya 1,5-2 mln. barel azaltma ilə bağlı öhdəlik götürə bilər, qalan həcmi isə iri-xırda ölkələrin belinə yükləyəcəklər. Biz əvvəl OPEC+ anlaşmasında 20-30 min barel günlük kəsintiyə boyun olmuşduqsa, indi 50 min barel bizə yükləyəcəklər. Amma bunun yetərli olmadığını hamı gözəl bilir – ona görə də, sözlü müdaxilələr daha çox olacaq ki, bəs gələcəkdə 15-20, hətta 35 mln. barel də hasilatı azalda bilərik. Belə sözlü müdaxilələrlə bazarı diri tutmağa, heç olmasa 35-40 dollar qiymət koridoruna çatmaq istəyirlər. Məsələn, Putin dedi ki, 42 dollar qiyməti Rusiya üçün ideal olar.
Amma anlaşmanın olmama ehtimalı da var – belə olsa 5-ci gün birjalarda neft, demək olar ki, havayı olacaq, qiymət 10-15 dollara düşəcək...”,- N.Cəfərli deyib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:11 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28