Modern.az

Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi

Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi

Aktual

6 Aprel 2020, 14:52

Millət vəkili Qənirə Paşayeva və “Hünər” qrupu koronavirus pandemiyasından qorunmaq üçün 105 saylı Tovuz seçki dairəsinin ərazisində yaşayan 500-ə yaxın Qarabağ müharibəsi veteranına və onların ailələrinə tibbi-gigiyenik ləvazimat göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev deyib. O bildirib ki, bir neçə gün öncə millət vəkili Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də ərzaq və tibbi ləvazimat göndərmişdi:

 

“Qənirə xanım hər zaman bizi diqqət mərkəzində saxlayır. Belə bir çətin vəziyyətdə də millət vəkilimiz müharibə veteranlarını unutmadı. Bu gün o, rayonumuza veteranlar üçün koronavirusa qarşı bütün tibbi-qoruyucu vasitələr göndərib. Hazırda biz bu ləvazimatların paylanması ilə məşğul oluruq. Onların hamısı Əlibəyli, Ağdam, Vahiməli, Qovlar, Eyyublu, Düz qırıxlı, Qaraxanlı və digər kənd və qəsəbələrdəki 500-ə yaxın veterana paylanılacaq. Veteranlar adından millət vəkilinə təşəkkür edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi