Arxiv
6 Aprel 2020, 19:50 | AKTUAL
Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı” 

"Ölkə Prezidentinin göstərişi ilə Azərbaycanımız üçün çox vacib olan daha bir məsələ çox qısa zamanda həllini tapdı” "Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə geniş miqyaslı islahatlar aparılır. Təbii ki, bu islahatların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi çox mühüm yer tutur. Belə ki, Dünya Bankının “Doing business” hesabatlarında ölkəmiz biznes mühitinin yaxşılaşdığı qabaqcıl ölkələr sırasında yer alır"

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu gün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışındakı çıxışını şərh edərkən deyib.

 

Sədr müavini bildirib ki, son dövrlər dünyada geniş yayılmış koronavirus (Covid-19) infeksiyası, təəssüflər olsun ki, görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq ölkəmizdən də yan keçməyib:

 

"Hazırda fövqəldövlətlər qeyd olunan xəstəliyin əlində acizdir, yoluxan və ölənlərin sayı narahatedicidir. Bunlara baxmayaraq, cənab Prezident tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun şəkildə zəruri addımların atılması nəticəsində xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verilmədi və hazırda bu siyasətin nəticəsi kimi vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronovirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və görülən işləri təqdir edərək, ölkəmizin təcrübəsini örnək göstərib"

 

Adil Əliyevin sözlərinə görə, ehalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşıldığı üçün hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün cənab Prezident tərəfindən birbaşa göstəriş verilib:

 

"Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları qısa müddətdə sahibkarlara kreditlər vermiş, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunmuşdur. Uzaq görən siyasətin və aparılan iqtisadi islahatların məntiqi davamı olaraq, bu gün Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır. Yeni açılan müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulmuşdur. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq, gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub. İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Sevindirici haldır ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu həm də, dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. Xatırlatmaq istərdim ki, Sumqayıt Kimya Sənaye Parkı da cənab Prezidentin təşəbbüsüylə yaranmış və burada məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması ilə bağlı olmuşdur. Dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxmasın, onların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür. Eyni zamanda vətəndaşlar daha da məsuliyyətli olmalı və şəxsi gigiyenalarına fikir verməli, özlərini və yaxınlarını bu xəstəliyə yoluxmaqdan qorumalıdırlar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51 Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv olanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Azərbaycanda yeni QADAĞALAR 3 İyun 2020, 19:32 3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək 3 İyun 2020, 19:27 Fəvvarələr meydanındakı görüntülər bizdə təəssüf doğurur - Ramin Bayramlı 3 İyun 2020, 19:20 Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ 3 İyun 2020, 19:17 Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA 3 İyun 2020, 19:11 Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR 3 İyun 2020, 19:04 Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına irad BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00 Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verildi 3 İyun 2020, 17:55 İlham Əliyev “ASAN xidmət” mərkəzinin AÇILIŞINDA 3 İyun 2020, 17:50 DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA 3 İyun 2020, 17:44 İlham Əliyev taxıl biçininə başlanması mərasimində iştirak etdi 3 İyun 2020, 17:44 Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var 3 İyun 2020, 17:42 26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı 3 İyun 2020, 17:39 Prezident Ağcabədiyə gedib 3 İyun 2020, 17:36 Sabahın teledərs CƏDVƏLİ 3 İyun 2020, 17:33 Ermənistanda “Kalaşnikov” avtomatları istehsal olunacaq 3 İyun 2020, 17:26