Arxiv
7 Aprel 2020, 09:12 | ÖLKƏ
Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! XALQA SEVGİ NÜMUNƏSİ  

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqımıza kronavirusla bağlı bir neçə dəfə müraciət edib.

 

Sonuncu müraciətində Mehriban Əliyeva vətəndaşlarımıza rəsmi dövlət adamı kimi deyil, bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət ünvanlayıb.

 

“Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!”

 

Cəmiyyətdə birmənalı şəkildə xalqa səmimi sevgi nümunəsi kimi dəyərləndirilən bu çağırış tanınmış simalar tərəfindən də böyük rəğbətlə qarşılanıb.

 

 

Milli Məclisin deputatı Vahid Əhmədov düşünür ki, Birinci vitse-prezidentin çağırışı insanların indiki vəziyyətdə sağlamlığının qorunmasına  hesablanıb:

 

“Çünki qaydalara riayət edilmədikcə, ətrafdakı insanlar xəstələnəcək. Ona görə də evdə qalmaq lazımdır. Hesab edirəm ki, hər kəs bu çağırışa qoşulmalı və əməl etməlidir. Mən özüm də bu çağırışa qoşuluram. Təbii ki, vətəndaşlar evdə nə üçün qaldıqlarını anlamalıdırlar. Dövlət koronavirusdan az zərərlə çıxmaq üçün addımlar atır. Biz də dövlətimizə dəstək olmalıyıq ki, az zərərlə çıxaq. İnsanlar sağlam olsalar, vəziyyətimiz daha da yaxşı olacaq. Bu çağırışı yüksək qiymətləndirirəm. Mehriban xanımın bu çağırışı ondan ibarətdir ki, evdə oturmaqla, övladlarımıza, ailə başçılarımıza kömək edə bilərik. Hesab edirəm ki, “evdə qal” kampaniyasını verilən müddətə qədər davam etdirmək lazımdır”.

 

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, məşhur ürək cərahı Rəşad Mahmudov müraciətin çox təsirli olduğunu deyib:

 

“Son günlərdə hər kəsin evində eyni məsələ müzakirə olunur. Dünyada çox böyük qorxu var. Bəşəriyyət çətinlik qarşısındadır. Koronavirus bəşəriyyətə qorxu və narahatlıq gətirməklə yanaşı, həm də unutduğumuz bir çox dəyərlərimizi də bizə qaytarıb. Sərhədlər bağlı olsa da dünya insanları biri-birinə bu qədər yaxın olmamışdı. Hər bir dövlət öz vətəndaşını qorumağa çalışsa da, dünya bir yerdədir. İnsanlar eyni sonluq, eyni arzu üçün  dua edir.

 

Birinci Vitse-prezident Mehriban Əliyeva bir ana, bir nənə kimi evdən çıxmamaqla bağlı xalqımıza müraciət edib. Müraciət  çox təsirlidir. Hər kəs bu müraciətin bizdə hansı hisslər buraxdığının fərqindədir. Hesab edirəm ki, Mehriban xanımın çağırışı çox vacib və əhəmiyyətlidir. Bu çağırış bizim sağlamlığımıza hesablanıb. Ona görə də “evdə qal”aq. Biz birlikdə güclüyük. Biz buna inanırıq”.

 

 

Xalq artisti, muğam ustası Mənsum İbrahimov Birinci Vitse-prezidentin səsinə səs verdiyini qeyd edib:

 

“Mehriban xanım bir ana, bir Azərbaycan qızı kimi xalqımıza çağırış edib. Mən də Mehriban xanımın bu çağırışına səs verirəm. Əziz xalqımız, özünüzü qoruyun! Mən də bir neçə dəfə xalqımıza “evdə qal” çağırışı etmişəm. Hamımız bu milləti sevirik və bu millətin övladlarıyıq. Xalqımızın bu bəladan az itki ilə çıxmasına çalışmalıyıq. Hər  birimizin ətrafında doğmalarımız, yaşlılarımız, sevdiklərimiz var. Düşünürəm ki, zərurət olmadıqca insanlarımız çölə çıxmasınlar. Evdən çıxmaqla yaşlıları, uşaqları yoluxdura bilərlər. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır. Bu vəziyyətdə bir-birimizə dəstək olmalıyıq”.

 

 

Gənclər və İdman Nazirliyinin  idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov Mehriban Əliyevanın çağırışına ürəklə qoşulduğunu bildirib:

 

“Dünyanı bürüyən koronavirus bəlası ölkəmizdən də yan keçməyib. Dövlət başçımız qabaqlayıcı tədbirlər görür. Hesab edirəm ki, biz vətəndaşlar da evdə qalmalıyıq. Bir idmançı kimi biz də evdə qalıb idman edirik. Çalışmalıyıq ki, qoyulan qaydalara əməl edək. Bu yolla dövlətimizə dəstək ola bilərik. Bu gün qaydalara nə qədər riayət etsək, virusun yayılması o qədər azalacaq. Əgər biz bu çağırışa əməl etməsək, xalq olaraq bizim üçün yaxşı olmaz.  Birinci vitse-prezident Mehriban Əliyevanın evdə qalmaqla bağlı çağırışına ürəklə qoşuluram və  hər kəsi bu çağırışa əməl etməyə çağırıram. Bəlkə də bu bir fürsətdir ki, biz doğmalarımızla, əzizlərimizlə daha çox vaxt keçirə bilək. Bu günlərdə uşaqlarımızın necə böyüməsini, həyat yoldaşımızın mətbəxdə gördüyü işləri, eləcə də digər məqamları görə bilirik. Ən azından bu günlərdə evimizdə qalaq və doğmalarımızla vaxt keçirək. Bu virusun məhv olması üçün dövlətimizə dəstək olaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17