Modern.az

Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri

Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri

Aktual

7 Aprel 2020, 12:12

“Koronavirusla mübarizədə ölkəmizdə həyata keçirilən çevik və effektiv tədbirlər, tətbiq olunan xüsusi karantin rejimi, insanların müalicəsi üçün yaradılmış şərait, müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb ocağının açılışı, maska istehsal edən müəssisənin qısa zamanda işə salınması və bir çox digər təcili addımlar Azərbaycan prezidentinin siyasətində xalqımızın sağlamlığı, genefondumuzun qorunması məsələlərinin vacib yer tutduğunu sübut edir”.

 

Bu fikirləri Modern.az-a “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədri bildirib ki, ölkə başçısının əfv sərəncamını imzalaması da nümunəvi addımdır:

 

“Ölkə başçısı İlham Əliyevin aprelin 6-da imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamını da bu konteksdə qiymətləndirmək lazımdır. Sərəncama əsasən koronavirus pandemiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan 176 məhkum əfv edilib. Səhhətinə və yaşına görə xüsusi qayğıya ehtiyacı olan bu şəxslərin azad edilməsi əsl humanizm və insanpərvərlik nümunəsidir. Aralarında 10 qadının da olduğu bu insanları indiki həssas və həyəcanlı günlərində ailələrinə qovuşdurmaq prezidentimizin çox yüksək və humanist xarakterindən xəbər verir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir