Ermənistanın eks-prezidenti Robert Koçaryan 1 ay saxlanıldığı mülki xəstəxanadan buraxılaraq yenidən təcridxanaya qaytarılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun vəkilləri siyasətçinin pandemiya şəraitində həbsdən azad olunmasını istəyir.
“Koronavirus indeksiyası fonunda Koçaryan risk qrupuna daxildir. Onun 60-dan çox yaşı var, sağlamlıq problemləri mövcuddur və ölkənin pentensiar sistemində yoluxma halları qeydə alınır”-deyə məlumatda deyilir.
Koçaryanın növbəti məhkəmə prosesinin aprelin 17-də keçirilməsi gözlənilir.