Modern.az

Karantindən buraxılan tələbə: “Gələn dəfə “Relax”a istirahətə gəlmək ümidi ilə...” - VİDEO

Karantindən buraxılan tələbə: “Gələn dəfə “Relax”a istirahətə gəlmək ümidi ilə...” - VİDEO

Aktual

9 Aprel 2020, 19:37

"Aprelin 8-də "Relax" istirahət mərkəzində karantin rejimini başa vuran 76 nəfər evə buraxılıb".

 

Bu fikirləri Modern.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirib.

 

Baş həkimin sözlərinə görə, evə buraxılanlar arasında tanınmış azərbaycanlılar da var:

 

"Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalova, Polşada Qarabağ məktəbinin direktoru Rəsul Məmmədov, voleybol yığmasınin üzvü Marqarita Əzizova evə buraxılıblar. Hətta bu gün bizimlə əlaqə saxlayıblar. Hər bir şeydən məmnun qaldıqlarını bildiriblər".

 

Mübariz Ağayev eyni zamanda rayonda heç kəsdə koronavirus aşkarlanmadığını da deyib.

 

Baş həkim təmizlikcilər tərəfindən otaqların birneçəsində məktubların aşkarlandığını da qeyd edib:

 

"Məktubu yazanlar arasında Azərbaycan millisinin voleybolçusu Marqarita Əzimova da varBundan əlavə bir neçə nəfər qaldıqları yerdən, onlara göstərilən diqqətdən, otaqların təmizliyindən, aşpazların dadlı yeməklər hazirlamasindan razı qaldıqlarını bildiriblər. Təbii ki, vətəndaşlarımızdan belə xoş sözlər eşitmək bizim üçün də qürurvericidir".

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir