Modern.az

Bakı-Şamaxı yolunda ağır qəza

Bakı-Şamaxı yolunda ağır qəza

9 Aprel 2020, 23:05

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Musayev Ceyhun Xanlar oğlu və 1992-ci il təvəllüdlü Hüseynzadə Mehman Eyvaz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdiriliblər. Musayev Ceyhunun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?