Modern.az

Qüdrət Həsənquliyev özünə yeni müşavir götürdü

Qüdrət Həsənquliyev özünə yeni müşavir götürdü

Təhsil

30 Aprel 2012, 15:02

Bünyamin Qəmbərli BAXCP sədrinin müşaviri vəzifəsinə təyin olunub

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında yeni təyinat olub. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən və fəallarından biri olan Bünyamin Qəmbərli BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin əmri ilə partiya sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Nehrəm kəndində doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

1985-1988-ci illərdə Naxçıvanda və Bakıda müəllimlik fəaliyyəti göstərib. Azərbaycan Xalq Cəbhəsi Babək rayon şöbəsinin sədri, AXC Naxçıvan MR təşkilatı İdarə Heyətinin və AXC Ali Məclisinin üzvü olub.
1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Hazırda Azərbaycan Turizm İnstitutunun müəllimidir.
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir