Modern.az

Diaspor Komitəsi Minskdə qalan azərbaycanlılara yardımın müddətini uzatdı

Diaspor Komitəsi Minskdə qalan azərbaycanlılara yardımın müddətini uzatdı

Diaspor

27 Aprel 2020, 14:23

Belarusdan vətənə qayıda bilməyən 22 Azərbaycan vətəndaşı aprelin 6-dan bu günə qədər Diasporla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə otellərə yerləşdirilərək onların gündəlik ehtiyacları tam təmin edilib. 

 

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, hazırda Minsk şəhərində olan soydaşlarımız oteldə qalma müddətinin başa çatması ilə əlaqədar ikinci dəfə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər. 

 

Bildirilib ki, onların oteldə qalma müddətinin uzadılmasına kömək edilib və aprelin 30-a qədər bütün xərcləri ödəməyi Dövlət Komitəsi öz üzərinə götürüb.

 

Hazırda Minsk şəhərində olan və oradakı 22 vətəndaşımızın vəziyyətilə bağlı məlumat verən Elman Xankişiyev bildirib ki, bu çətin məqamda dövlətdən həm maddi, həm də mənəvi dayaq görüblər: "Diasporla İş üzrə Dövlət Komitəsi bizi qalacaq yerlə təmin edib və bütün ehtiyaclarımız ödənilir. Biz göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımızı çatdırırq".

 

Qeyd edək ki, həmin 22 nəfərin əksəriyyəti Azərbaycana qayıtmaq məqsədilə müxtəlif ölkələrdən Minskə gedən soydaşlarımızdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi