Arxiv
29 Aprel 2020, 13:58 | TƏHSİL
Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ : Müsahibədən keçməyənlərin müqaviləsinə xitam veriləcək

Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə tədris ilinin sonunda xitam veriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, həmin şəxslər yay aylarında keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

 

E.Bağırov qeyd edib ki, onlayn müsabiqədə 1 400-ə yaxın müəllim iştirak etmək hüququ qazanıb:

 

"Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün hər il müsabiqələrin keçirilirdi. Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən bu müsabiqələr hər il mart-aprel aylarında təşkil edilirdi. Elektron qaydada müraciət etdikdən sonra ərizələri təsdiq edilən namizədlər müsahibə mərhələsinə dəvət olunurdu. Lakin bu il karantin rejiminə görə müsahibənin ənənəvi formada keçirilməsi mümkün olmayıb.

 

“Bu il martın əvvəlində bununla bağlı elan verildi və hazırda ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan 3 minə yaxın müəllim müraciət etdi. Onların 1 400-ə yaxının elektron ərizəsi təsdiq edilib və müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb”.

 

Nazirlik rəsmisi qeyd edib ki, müsahibə mərhələsi müsabiqənin ən son mərhələsidir. Bu mərhələdən uğurla keçən namizədlər artıq daimi əsaslarla işə qəbul olunacaqlar.

 

Onun sözlərinə görə, yaxın günlərdə elektron ərizəsi təsdiq edilən hər bir namizədin şəxsi səhifəsinə müsabiqənin keçirilməsi, müsahibə təlimatları barədə məlumatlar yerləşdiriləcək. İştirakını təsdiq etmiş müəllimlərin e-mail-inə müsabiqədə iştirak üçün link göndəriciləcək və o, həmin linkə daxil olmaqla onlayn müsahibəyə qoşulacaq.

 

E.Bağırov müsahibədən uğurla keçəcək hər bir namizədin hazırda işlədiyi müəllim yeri üzrə daimi əsaslarla işləyəcəyini söyləyib:

 

“Onlayn müsahibələrdə iştirak etmək könüllü əsaslarla həyata keçiriləcək. Namizədlərin hər hansı səbəbdən müsabiqədə iştirak etməsi mümkün olmayacaqsa, karantin rejimindən asılı olaraq, növbəti mərhələlərdə bu şəxslərin ənənəvi şəkildə müsabiqədə iştirak etməsini də təmin edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava PROQNOZU 7 Avqust 2020, 14:01 Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib 7 Avqust 2020, 13:47 Nazir Sahil Babayev: “5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik” 7 Avqust 2020, 13:47 Neftçalada 1 nəfər çayda batıb 7 Avqust 2020, 13:35 SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI 7 Avqust 2020, 13:28 DİM qəbul imtahanlarının vaxtını ELAN ETDİ - QRAFİK 7 Avqust 2020, 13:22 SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57