Arxiv
30 Aprel 2020, 23:29 | FOTOSÖHBƏT
Adolf Hitler: Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi”

Dünyanın müqəddəratını həll edən nəhəng siyasi liderlər. Biz onları adətən siyasi arenalarda görmüşük. Buna görə də dünyanın ən güclü ölkələrini idarə edən şəxslərin bizim kimi həyatı olduğunu bəzən unuduruq.

“Siyasətçi həyatı fotolarda” layihəsi yəhudilərə olan nifrətini siyasi doktrinasının təməlinə çevirən, XX əsrin ən dəhşətli diktatoru Adolf Hitlerin həyatından bəhs edəcək.

O, tarixə adını yazdırmağı bacardı. Dünya Hitleri II Dünya müharibəsini başladan diktator kimi tanıyır. Bəziləri isə onu bığından tutmuş danışıq tərzinə qədər tam fərqli xaraketerə sahib bədnam tale yaşayan biri kimi xatırlayır.
 

 

Savaşda hər zaman məğlub olan tərəf günahkardır deyən Hitler 1945-ci ilin bu günü həyat yoldaşı Eva Braun ilə özünəqəsd edərək məğlub tərəf kimi həyatını itirmişdi.



Gəlin, bir az tarixi vərəqləyəq..

 


Həyatı boyu yəhudilərə nifrət edən Hitlerin özü yəhudi idi. Qulluqçu işləyən nənəsi Mariyanın yəhudi ev sahibi ilə izdivacından Hitlerin atası Alois dünyaya gəlib.


Əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı kimi çalışan Alois Hitler 3-cü evliliyini Klara Pölz ilə edir. Və beləcə 1889-cu il 20 apreldə 6 uşaqlı ailənin 4-cü uşağı Adolf Hitler dünyaya gəlir. Onun 4 bacı-qardaşı isə erkən yaşlarında müxtəlif xəstəliklərdən həyatlarını itirir.


Orta məktəbi zəif oxuyan Hitlerin yaxşı rəssamlıq qabiliyyəti vardı. Məktəbi bitirdikdən sonra o, Vyana İncəsənət Akademiyasına müraciət edir. Akademiya isə Hitlerə rədd cavabı verir. Kim bilərdi ki, Hitlər illər sonra dünyanı qana boyayaraq öz “şah əsərini” yaradıb ən məşhur rəssam olacaq.

 


Alman tarixçilərinə görə, Hitlerin yəhudi kini elə buradan başlayıb. Ona rəssam ola bilməyəcəyini deyən müəllim yəhudi olub.


Hitler həyatı boyunca bir çox uğursuzluqlar və itkilər yaşamışdı. 13 yaşında vərəm xəstəliyindən əziyyət çəkən atası Alois vəfat edir. 5 il sonra isə Hitler həyatının ən böyük itkisini yaşayır – çox bağlı olduğu anası Klara uzun müddət davam edən xəstəliklə daha mübarizə apara bilmir. Hitler 20 yaşında anasını itirir.


Hitlerin yəhudi nifrətini bununla da əlaqələndirirlər. Diktator anasının ölümündə onu müalicə edən yəhudi həkimi günahlandırırdı.


Yaşadığı sarsıntıları geridə buraxaraq 1913-cü ildə Münhenə köçür. Xərclərini qarşılamaq üçün akvarel satmağa məcbur olur. 1914-cü ilin sentyabrında isə Almaniyanın Birinci dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır. 4 il sonra döyüşlərin birində ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən görmə qabiliyyətini müvəqqəti olaraq itirir. Bu hadisədən sonra Hitlerin görmə qabiliyyəti olduqca zəifləyir. Noyabr ayında hospitalda olanda Almaniyanın qeyd-şərtsiz təslim olması xəbərini alır, bu xəbər onu hədsiz dərəcədə sarsıdır.


1920-ci ildə ordudan təxris olunan Hitler Alman Fəhlə Partiyasına qoşulur. O, yüksək liderlik qabiliyyəti sayəsində tez bir zamanda başçı səviyyəsinə qədər yüksəlir və 1919-cu ildə partiyanın adını "Nasional Sosialist Alman Fəhlə Partiyası" kimi dəyişməyə nail olur. Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer", almancadan tərcümədə “rəhbər” adını verirlər. O, partiya rəhbərliyinə güclü şəxsiyyətləri cəlb edərək dövlət idarəçiliyini ələ keçirməyi planlaşdırır.

 


Uzun müddət davam edən mübarizədən sonra Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəlir. Bundan sonra Almaniyada nasistlər xeyli güclənirlər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə başlayır.


1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv edir. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşir. Nasistlərin füreri – Hitler fanatikcə sevdiyi Almaniyanın I Dünya müharibəsində məğlub olmasının qisasını almağı qərarlaşdırır.


O, 1933-cü il 18 dekabrda Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb edir. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrilir. Nəhayət, 1939-cu ilin sentyabrın 1-də Alman qoşunlarının Polşaya hücumu ilə ikinci dünya müharibəsi başlayır.

 


 Müharibə 1945-ci ildə Antihitler koalisiyasının qələbəsi ilə başa çatdı. 6 il davam edən müharibə nəticəsində 50 milyona yaxın insan həyatını itirdi və Dünya siyasi xəritəsi dəyişikliyə uğradı, qüvvələr balansı köklü şəkildə dəyişdi. Nəhayət, faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alındı.


Ölümü..


Məğlubiyyətə dözməyən nasist füreri 30 aprel 1945-ci ildə Berlində həyat yoldaşı Eva Braun ilə birlikdə intihar etmək qərarına gəlir. Əvvəlcə həyat yoldaşı, sonra isə özü zəhər içir. Faşist lideri bununla bərabər silahla atəş açaraq da həyatına qəsd edir.


Sovet ordusunun cəsədini əldə etməməsini istəyən Hitler cəsədinin yandırılmasını tapşırmışdı.


Hitlerin siyasi və şəxsi olmaqla 2 vəsiyyətnaməsi olur. Siyasi vəsiyyətnaməsində alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcək üçün ən böyük təhlükə hesab etdiyi yəhudilər və bolşevizm ilə mübarizədən heç vaxt çəkinməməli olduğunu bildirib.


Hitler şəxsi vəsiyyətnaməsində isə doğulduğu şəhərdə adına bir muzey açılmasını və bütün həyatı boyunca topladığı sənət əsərlərinin bu muzeydə sərgilənməsini istəmişdi.

 


 


1998-ci ildə nasistlərin cinayət aktlarının ictimaiyyətə açıqlanmasından sonra Hitler haqqında 1942-ci ilin məxfi qovluğu da daxil olmaqla, təxminən üç milyon gizli fayl üzə çıxdı. Bu fayllarda Hitler haqqında olduqca maraqlı informasiyalar vardı.


Hitlerin "Mein Kampf" ( Mənim mübarizəm) kitabı hələ də məşhurdur. O, özü də böyük liderlərin kitablarını oxumağı sevirmiş: Böyük İsgəndər, Solon, Yuli Sezar, Məhəmməd Peyğəmbər, İsa Peyğəmbər, Napaleon, Kutusov, Bismark və s. böyük şəxsiyyətlərin əsərlərini oxuyub.


Həyatı boyu heç bir mübarizədən çəkinməyən faşist liderinin ən böyük qorxusu isə su olub. Suyu heç vaxt xoşlamayıb və üzə bilməyib.

 


Bığlarını qaz maskasının üzünə uyğun olması üçün belə tərzdə kəsildiyi deyilir. Məsləhətçiləri onu dəyişdirməsi gərəkdiyi desə də, o, israrla "mənim tərzim budur, sabah hər kəs də bu tərzdə olacaq" söylərmiş.

Həbsdən çıxdıqdan sonra  pivə və digər alkoqollu içkilər içməyi tərgidib. Spirtli içkiləri isti çay və kofe ilə əvəzləyib.


 Hitler boş vaxtlarında nitq məşqləri edərmiş. Siqareti nitq söyləyə bilməsi üçün tərgitdiyi bildirilir. Siqaret onun olduğu ortamda və nitq söylərkən qadağan edilib.


Hitlerin sevdiyi qida isə şokolad olub.





BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanın XİN rəhbəri Moskvada 21 Oktyabr 2020, 05:03 Ali Baş Komandan və Ordumuz “Qordi düyünü”nü birdəfəlik kəsib atır! 21 Oktyabr 2020, 02:43 Cəbhə gündəliyi: 20 oktyabrda nələr oldu... 21 Oktyabr 2020, 01:37 “Barselona” Çempionlar Liqasına darmadağınla başladı 21 Oktyabr 2020, 01:09 Futbol matçı zamanı atışma oldu 21 Oktyabr 2020, 00:58 Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 21 Oktyabr 2020, 00:47 Azərbaycanda əkiz və üçəmlərin sayı artıb 21 Oktyabr 2020, 00:38 Azərbaycanda general vəfat etdi 21 Oktyabr 2020, 00:20 Messi Çempionlar Liqasında rekorda şərik oldu 21 Oktyabr 2020, 00:15 İsveçrədə hər bir vətəndaşa 7500 frank verilə bilər 21 Oktyabr 2020, 00:04 Daha bir ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 20 Oktyabr 2020, 23:52 Tanınmış özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib 20 Oktyabr 2020, 23:39 Türkiyədə daha 1512 nəfər koronavirusdan sağaldı 20 Oktyabr 2020, 23:29 “Yuventus” və “Brügge” qalib gəldilər - Çempionlar Liqası 20 Oktyabr 2020, 23:18 UEFA Avropa çempionatını ləğv etdi 20 Oktyabr 2020, 23:10 Roma Papası Qarabağ üçün dua etdi 20 Oktyabr 2020, 23:03 UEFA-dan millimizin və “Qarabağ”ın ev oyunlarına QADAĞA 20 Oktyabr 2020, 22:54 ABŞ-dan müttəfiqlərinə çağırış: Müdafiə xərclərinizi artırın 20 Oktyabr 2020, 22:49 İsveçrəli jurnalist Ermənistanın müharibə cinayətlərindən yazdı 20 Oktyabr 2020, 22:37 Teledərslərin sabaha olan CƏDVƏLİ 20 Oktyabr 2020, 22:24 “Azərbaycana dəstək verdik və verəcəyik” - Ərdoğandan Qarabağ mesajı 20 Oktyabr 2020, 22:18 Qələbələrdə əməyi olan hərbçilərimiz - FOTOLAR 20 Oktyabr 2020, 22:01 Fransa millisinin keçmiş qapıçısı vəfat edib 20 Oktyabr 2020, 21:57 “Azad olunmuş torpaqların tam bərpası olduqca böyük masştablı proqramdır ” – Baş bankir 20 Oktyabr 2020, 21:49 İranda bir gündə 322 nəfər koronavirusdan öldü 20 Oktyabr 2020, 21:39 Gürcüstanda sosial layihələrə 100 milyon dollar sərmayə qoyulub - Rövnəq Abdullayev 20 Oktyabr 2020, 21:25 Azərbaycan vacib olan hücum və müdafiə sistemlərinə malikdir - İtalyan professor 20 Oktyabr 2020, 21:15 "Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər" - Elman Rüstəmov   20 Oktyabr 2020, 20:59 Casusluq məqsədi üçün istifadəyə verilən VPN tətbiqi barədə XƏBƏRDARLIQ 20 Oktyabr 2020, 20:45 Xalqımız Qələbəyə günbəgün yaxınlaşır 20 Oktyabr 2020, 20:34 Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib 20 Oktyabr 2020, 20:26 Ermənistan qoşunları Qubadlı istiqamətində darmadağın edildi - VİDEO 20 Oktyabr 2020, 20:14 Goranboyda düşmən PUA-sı məhv edildi 20 Oktyabr 2020, 20:05 Rusiya və Fransa prezidentləri Qarabağdakı vəziyyəti müzakirə etdi 20 Oktyabr 2020, 20:01 Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib - VİDEO 20 Oktyabr 2020, 19:46