Modern.az

Ermənistanda daha bir hərbçi öldü

Ermənistanda daha bir hərbçi öldü

Dünya

2 Oktyabr 2026, 09:04

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu ölüb.

Modern.az xəbər verir ki, bu barədə “Pastinfo” Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ilkin məlumata görə, hərbçinin ölümü xidmətlə əlaqəli olmayan səbəbdən qəfil baş verib.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hadisənin Sisian hərbi hissəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd olunub ki, nazirlik, bir qayda olaraq, hərbi xidmətlə əlaqəli olmayan ölüm halları barədə məlumat yaymır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?