Arxiv
4 May 2020, 22:46 | MƏDƏNİYYƏT
İlahiyyatçı deputat orucun hikmət və fəzilətlərindən DANIŞDI

İslamın vacib ibadətlərindən biri də Orucdur. Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara səbirli və dözümlü olmağı öyrətməkdir.

Müqəddəs Ramazan ayının əməllərindən danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru  Ceyhun Məmmədov deyib ki, oruc tutan şəxs Allaha xoş getməyən əməllərdən çəkinməlidir.

“Qurani-Kərimdə buyurulur: Ey iman gə­ti­rən­lər! Oruc tut­maq siz­dən əv­vəl­ki üm­mət­lə­rə va­cib edil­di­yi ki­mi, si­zə də va­cib edil­di ki, (bu­nun va­si­tə­si­lə) siz pis əməl­lər­dən çə­ki­nə­si­niz! (Oruc tut­maq) sa­yı mü­əy­yən olan (bir ay) gün­lər­dir. (Bu gün­lər­də) siz­dən xəs­tə və ya sə­fər­də olan­lar tut­ma­dı­ğı gün­lər qə­dər baş­qa gün­lər­də oruc tut­ma­lı­dır­lar. Oruc tut­ma­ğa ta­qə­ti ol­ma­yan­lar isə (hər gü­nün əvə­zin­də) bir yox­su­lu do­yu­ra­caq qə­dər fid­yə ver­mə­li­dir­lər. Hər kəs kö­nül­lü xe­yir iş gö­rər­sə (həm oruc tu­tub, həm də fid­yə ve­rər­sə), bu onun üçün da­ha yax­şı olar. Bil­sə­niz oruc tut­maq si­zin üçün nə qə­dər xe­yir­li­dir! (əl-Bəqərə, 183-184).


Oruc bütün dinlərdə, o cümlədən Brahmanizm, Yəhudilik və Xristianlıqda da mövcuddur. Brahmanlar nəfslərinin tərbiyəsi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tuturlar. Tövratda Musa peyğəmbərin (ə), İncildə İsa peyğəmbərin (ə) oruc tutduğu bildirilir: «Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım» (Daniel 9:3).

İsa peyğəmbər İncildə ardıcıllarına orucu Allah üçün tutmağı tövsiyə edir: «Oruc tutduğunuz zaman, ikiüzlülər kimi qaşaqbaqlı gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tutarlar. Doğursun sizə deyirəm: onlar mükafatlarını aldılar (Matta 6:16).

Oruc vacib buyurulmamışdan öncə müsəlmanlara oruc tutmaqda sərbəstlik verilmişdi. Onlar hər ay 3 gün oruclu olurdular. Tutmaq istəyən tutur, tutmayan isə imkansız insanlara yardım edirdi.  

Məhəmməd Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra hər Aşura günü oruc tuturdu. Sonra hicrətin ikinci ili orucla bağlı Quran ayələri nazil oldu və oruc tutmağa gücü çatan bütün müsəlmanlara bu ibadət vacib edildi”. 

İlahiyyatçı deputat xatırladıb ki, Allah-Təala oruc tutmağı bu ayda vacib edərək Ramazan ayını müqəddəs aylardan biri edib:

“Ramazanın mərhəmət, səbr, Allaha yaxınlaşma və günahlardan təmizlənmə, mərhəmət və ibadət ayı olduğu bildirildi. Allah-Təala möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi.  

Mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir. Birincisi Qurani-Kərim bu ayda nazil olub. Digəri isə oruc müsəlmanlara bu ayda vacib buyurulub.

İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar. Birincisi oruc Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır. Məhəmməd peyğəmbər (s) Allah-Təalanın oruc haqqında belə buyurduğunu bildirib: «Oruc istisna olunmaqla digər ibadətlər Adəm övladınındır. Oruc mənimdir onun mükafatını mən verəcəm...».

Oruc təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır. Arqılmaq və insanlara oruc tutduğunu göstərmək niyyətilə oruc tutmaq məqbul sayılmır.    

Orucun müsəlmanlara vacib edilməsində digər hikmət nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir. Müsəlman səbrli, dözümlü və əzmkar olmalıdır. Oruc müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir”,- C.Məmmədov Modern.az-a açıqlamasında bildirib.
  

Orucun insana sevgi, mərhəmət və qayğı hissləri aşıladığını vurğulayan millət vəkili bunları da əlavə edib:

“Oruc insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir.


İnsan ona verilən nemətlərə görə Allah-Təalaya şükr etməldir. Bu nemətin qiymətini, onun Allah tərəfindən verildiyini dərk etmək və nemətə ehtiyacı hiss etməklə mümkündür. Ramazan ayı istisna olmaqla digər aylarda insan həqiqi aclığı tam yaşamadığı üçün ona verilən nemətlərin dəyər və qiymətini bilmir.


Orucun insan sağlamlığına da bir sıra müsbət təsirləri vardır. Mütəxəssislər il boyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun qəlb, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər. Məhəmməd Peyğəmbər (s) orucun insan sağlamlığına müsbət təsirlərini müsəlmanlara çatdırmaq məqsədilə buyurub: «Oruc tutun ki, sağlam olasınız».


Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir. Uca Allah bütün dua və orucları qəbul etsin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30