Arxiv
7 May 2020, 18:20 | PARLAMENT
“Qaregin Njdeyə abidə ucaldılması bizi narahat etməyə bilməz” - Sahibə Qafarova

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

 

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.

 

Sədr diqqətə çatdırıb ki, bu günlərdə hamımız üçün çox əlamətdar olan tarixi bir günü – Qələbə Gününü qeyd edirik:

"Biz öz ölkəsinin azadlığı uğrunda canlarından keçmiş insanları böyük minnətdarlıq hissi və ağrı ilə xatırlayırıq. Mənim ölkəmin, Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikir yada düşür: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”".

 

 

Sədr xatırladıb ki, Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi:

"Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərib ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. 

Azərbaycan milli diviziyaları alman-faşist qoşunlarının darmadağın edilməsində - 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynayıb, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçib".

 

Sahibə Qafarova qeyd edib ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülüb:

 

"30 nəfər “Şərəf” Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunub. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir. O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstəriblər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olub".

 

Milli Məclisin Sədri təəssüflə onu da bildirib ki, son zamanlar bir sıra qüvvələr İkinci Dünya müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər:

 

"Bu, qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq".

 

Sədr qeyd edib ki, bu gün neofaşist meyillərin güclənməsi haqlı narahatlıq yaradır:

 

"Axı, bizə elə gəlirdi ki, faşist ideologiyasına birdəfəlik son qoyulub və bir daha bu hal təkrarlanmayacaq. Ancaq təəssüf ki, biz tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin qəhrəmanlaşdırılması prosesini müşahidə edirik. Məsələn, Ermənistan respublikasında nasist Qaregin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınandığına görə belə hallara dözümlülük göstərmək olmaz. Biz qəlbən inanırıq ki, bu müharibədə şərəfli döyüş yolu keçmiş əsgərlərin xatirələrdən silinməyən qəhrəmanlığı və şücaəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq".

 

 

Sahibə Qafarova vurğulayıb ki, bizim ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır".

 

Parlamentin Sədri bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar qanunun qəbul olunduğunu vurğulayıb.

 

Sədr çıxışının sonunda tədbir iştirakçılarını yaxınlaşmaqda olan Böyük Qələbə Günü münasibətilə təbrik edib, ölkələrinə sülh və əmin-amanlıq arzulayıb.

 

Videokonfransda çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söyləyiblər.

 

Bununla da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46 Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı: “OBA market, “Park restoran”, “Şeyx dönər”, “Qoç ət”… 31 May 2020, 17:40 Dolların yeni aya olan MƏZƏNNƏSİ 31 May 2020, 17:35 "Dərs vaxtı"nın iyunun 1-nə olan CƏDVƏLİ 31 May 2020, 17:29 İyun ayının hava PROQNOZU 31 May 2020, 17:24 Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16 Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06 Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker 31 May 2020, 16:00 Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 31 May 2020, 15:55 Bu dövlət rüsumu ləğv EDİLDİ 31 May 2020, 15:50 Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü 31 May 2020, 15:45 Vitse-spikerdən deputatlara: “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” 31 May 2020, 15:42 “Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı 31 May 2020, 15:39 Roma Papası İlham Əliyevi təbrik etdi 31 May 2020, 15:35 Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi 31 May 2020, 15:33 “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova 31 May 2020, 15:30 Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?” 31 May 2020, 15:25 Əli Hüseynli Vahid Əhmədova irad tutdu: “Siz burada nahaq yerə...” 31 May 2020, 15:21 Deputatlar koronavirus testindən keçirilir 31 May 2020, 15:15