Modern.az

İmtahanlarda iştirak edən abituriyentlər arasında məsafə 2 metr olacaq

İmtahanlarda iştirak edən abituriyentlər arasında məsafə 2 metr olacaq

Təhsil

8 May 2020, 14:08

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunması və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsi təmin olunmalıdır.

 

Modern.az xəbər verir ki, bu, imtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilkatikasına dair metodiki göstərişlərdə əksini tapıb.

 

Göstərişə əsasən, imtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunması, nəzarətçinin sənədlərə əllə toxunmaması,  hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunması,  imtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsi,  iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələri, 103 TTTY çağırılması, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılması, məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana buraxılış vərəqəsində əks olunması təmin edilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir