Modern.az

Metroda sərnişinlərin hərarəti yoxlanılır

Metroda sərnişinlərin hərarəti yoxlanılır

9 May 2020, 10:48

Metro stansiyalarına daxil olan sərnişinlərin hərarəti yoxlanılır.

 

Modern.az-a verilən məlumata, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun ssözlərinə görə, stansiyanın girişində hərarəti olan sərnişin metroya buraxılmır: "Əgər stansiya daxilində hansısa sərnişində yüksək və digər ağırlaşdırıcı hal aşkarlanarsa, bu barədə dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir və həmin sərnişin həkim briqadasına təhvil verilir.

 

Ümumiyyətlə metrodan istifadə edən sərnişinlərin tam təhlükəsizliyini təmin etmək üçün qaydalara uyğun bütün tədbirlər görülür".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı