Arxiv
9 May 2020, 12:40 | İQTİSADİYYAT
Fond bağlanan bankların kreditorlarına müraciət etdi

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank” ASC və “Atabank” ASC-nin kreditorlarına müraciət edib.

 

Fondan Modern.az-a verilən məlumat verir ki, ləğv prosesində olan “Amrahbank” ASC-nin kreditorlarından 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri, Xocalı prospekti 36 A ünvanında yerləşən ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisinə müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39. 

 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

 

Həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin kreditorlarından 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102ünvanında yerləşən ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisinə  müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün əlaqə nömrələri (+99412) 497-87-00;  Qaynar xətt – 136.

 

Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.

 

Bildirək ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

 

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

 

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06