Arxiv
12 May 2020, 12:31 | MƏDƏNİYYƏT
Ayaz Mütəllibovun əsəbləri pozulub: “Artıq yorulmuşam.., həyatın ləzzəti itib”

Bu gün Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Keçmiş prezidentin 82 yaşı tamam olur.

Ayaz Mütəllibov Modern.az-a budəfəki doğum gününü ilk dəfə tənha keçirməsindən kövrələrək danışıb:


“Birinci dəfədir ki, həyat yoldaşım yanımda deyil. Həyatın ləzzəti itib. Hər doğum günümdə həyat yoldaşım yanımda olurdu. Bu dəfə isə o yoxdur. Ona görə də doğum günümdə həyat yoldaşımı gedib məzarı başında ziyarət edəcəm. Onunla dərdləşəcəm. Onun yoxluğunu heç nə əvəz etmir. Nə övlad, nə də nəvələr… Hələ də onun siması gözümün qarşısındadır”.


Eks-prezident səhhətində yaranan problemdən də söz açıb:

“Son vaxtlar tez-tez səhhətimdə nasazlığım olur. Həkim müayinəsində də oluram. Səhhətimdəki narahatlıqlar əsəb sistemimlə bağlıdır”. 


Ayaz Mütəllibov nə ölkədə, nə də dünyada gedən prosesləri əvvəlki kimi izləyir: “Artıq yorulmuşam”.


Eks-prezident doğum gününü təbrik etmək üçün səhərdən zəng edənlərə təşəkkürünü də bildirib.


Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.


1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub.


1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunub. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri, eyni zamanda Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.


1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.

1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamından sonra Ali Sovetin növbədənkənar sessiyası Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə 1992-ci il martın 6-da o, istefa verib.

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarıb. Lakin müxalifdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edib. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayıb.

Daha sonra Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edib.

Uzun müddətli mühacir həyatından sonra A.Mütəllibova 2011-ci il avqustun 8-də 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakıya gəlməsinə icazə verilir. Oğlunun qırxı çıxandan sonra, sentyabrın 18-də o, Rusiyaya qayıdıb.

Moskvada 20 illik mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması nəhayət eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib.  

2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdan keçmiş prezidenti Binə aeroportunda qardaşı Əşrəf Mütəllibov, oğlu Zaur Mütəllibov, gəlinləri, nəvələri, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Mütəllibovun hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində çalışmış bəzi şəxslər, bir sıra tərəfdarları qarşılayıblar.

Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və Mütəllibov ora köçüb. Ayaz Mütəllibov hazırda memuralarından ibarət kitab üzrəndə işləyir. Bu, onun ilk kitabı deyil. Azərbaycanın keçmiş prezidentinin bundan öncə də bir neçə kitabı işıq üzü görüb. A.Mütəllibov həmçinin 1992-ci ildə qələmə aldığı “İstefamın tarixi”, 1994-cü ilə nəşr olunan “Qarabağ – qara bağ”  (“Karabax - Corniy sad” ) adlı kitabların müəllifidir.

A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub.

2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

2019-cu ilin iyulunda Ayaz Mütəllibovun xanımı Ədilə Mütəllibova 81 yaşında dünyasını dəyişib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13