Arxiv
15 May 2020, 18:32 | PARLAMENT
Spiker deputat köməkçiləri ilə görüşüb - FOTO

Mayın 15-də Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş  keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr  şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdilər. 

 

Milli Məclisin Sədri iclası açaraq bildirdi ki, bugünkü görüşün məqsədi deputat köməkçiləri ilə qarşıda dayanan vəzifələr barəsində fikir mübadiləsi aparmaqdır.  Spiker vurğuladı ki, hazırda Azərbaycan öz inkişafının yeni bir mərhələsini yaşayır. 

 

2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən struktur və kadr islahatları geniş vüsət almışdır. Ölkəmizin qanunvericilik orqanı da bu islahatlardan kənarda qala bilməzdi. 

 

Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşmış və altıncı çağırış Milli Məclis fəaliyyətə başlamışdır. 

 

Sədr Sahibə Qafarova vurğuladı ki, Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən etmişdir. Sədr dedi ki, bizim fəaliyyətimizin yol xəritəsi olan bu nitqində cənab İlham Əliyev dövlətin və cəmiyyətin parlamentdən gözləntilərini ifadə etmişdir. 

 

Bu gözləntilərin nədən ibarət olması barədə Spiker dedi ki, ilk növbədə qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir. Qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir. 

 

Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün məlumatların  dünyaya çatdırılması üçün deputatlar beynəlxalq təşkilatlarda daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. 

 

Ən vacib vəzifələrdən biri isə budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. 

 

İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir.

 

Spiker öz çıxışında vurğuladı ki, əlbəttə, deputatların vəzifələri bununla bitmir. Bu vəzifələrin uğurla yerinə yetirilməsində siz köməkçilərin üzərinə böyük məsuliyyət düşür. Sədr deputat köməkçilərinə  müraciət edərək söylədi ki, siz öz fəaliyyətinizdə bu məqamı daim nəzərə almalısınız. Deputat köməkçisinin əsas vəzifələrindən biri deputatın fəaliyyətlərinin həyata keçirilməsinə təşkilati-texniki kömək göstərmək və onun tapşırığı ilə müxtəlif funksiyaları yerinə yetirməkdir. 

 

Yaxşı köməkçi deputatın səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilməli, müəyyən mənada deputatın həmfikiri olmalıdır. 

 

Sədr öz çıxışında koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə də toxundu. Qeyd etdi ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də təsir göstərmişdir. 

 

İndi seçicilər ilə təmaslar məsafədən həyata keçirilir

Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə göruşlər keçirilir.

 

Siz seçicilər ilə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız. 

 

Əlbəttə, bu vəzifələri layiqincə yerinə yetirməyiniz üçün Milli Məclisin Aparatı sizə lazımi dəstək verəcəkdir. 

 

Sədr daha sonra söylədi ki, onun sərəncamları əsasında Milli Məclisdə struktur və kadr islahatları aparılmışdır. Bu barədə mətbuatda geniş məlumat verilmişdir. 

 

Bir sıra şöbələr ləğv edilmiş, yeni şöbələr yaradılmış, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuşdur. Yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. 

 

Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün   siz yeni şöbə ilə iş birliyi şəraitində çalışmalısınız. 

 

Çıxışının sonunda Sədr deputat köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq dedi: “Ümid edirəm ki, siz öhdənizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, sizə bəslənən yüksək etimadı doğrultmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. 

 

Əminəm ki, məhz bu yolla siz Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilən siyasi kursun uğurlarına parlamentin töhfəsinin artırılmasında yaxından iştirak etmiş olarsınız”. 

 

Görüşdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir. Bildiyiniz kimi, hər bir parlamentin 4 əsas funksiyanı vardır: qanunvericilik, nəzarət, beynəlxalq əlaqələr və ən vacib funksiyalardan biri təmsilçilik funksiyası.

 

Bu o deməkdir ki, Milli Məclis bütün Azərbaycan əhalisindən seçilmiş   nümayəndələri özündə birləşdirir. Milli Məclisin deputatları hərəsi bir seçki dairəsinin tam səlahiyyətli nümayəndəsidir. Təmsilçilik funksiyasının həyata keçirilməsində isə deputat köməkçilərinin üzərinə böyük vəzifələr düşür.  Müasir tələblərə görə deputat köməkçisi deputatın tapşırıqlarını yerinə yetirməklə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələri ilə daimi əlaqədə olmalı, görülən işlər barədə hesabatları vaxtında təqdim etməlidir.

 

Səfa Mirzəyev diqqətə çatdırdı ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bildirdiyi kimi, Prezident İlham Əliyevin bu il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentin qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün biz öz işimizi yenidən qurmalı və əlimizdən gələni əsirgəməməliyik.  

 

Sonra görüş Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşovun sədrliyi ilə davam etdirildi. Yaşar Əməşov deputat köməkçilərinə bu vəzifəyə təyin olunmaları münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, parlament tarixində ilk dəfədir ki, Milli Məclisin plenar iclas zalında deputat köməkçiləri ilə görüş keçirilir. Qeyd olundu ki, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi köməkçilərlə sıx işləyəcəkdir.

 

Görüşdə çıxış edən  Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Mahmudov və Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Elşad İsmayılov  deputat köməkçilərinin qarşısında dayanan vəzifələrdən danışdılar, onlara öz tövsiyələrini verdilər.

 

Tədbirdə VI çağırış Milli Məclisin ilk iclasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı parlamentə verdiyi tövsiyələrə uyğun Milli Məclisdə görülən işlər, Aparatda aparılmış struktur və kadr islahatları, xüsusilə yeni çağırışlara uyğun deputat köməkçilərinə verilən tapşırıqlar barədə müzakirələr aparıldı, fikirlər dinlənildi. 

 

Görüşün sonunda deputat köməkçilərini maraqlandıran suallara aydınlıq gətirildi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11