Modern.az

İmişlidə Vilyam Hacıyevlə bağlı gecikmiş AKSİYA

İmişlidə Vilyam Hacıyevlə bağlı gecikmiş AKSİYA

17 May 2020, 12:24

İmişlidə rayon səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş (6 may 2020-ci tarixli sərəncam) Vilyam Hacıyevin qanunsuz əməllərinin ictimailəşdirilməsi üçün aksiya həyata keçirilib.

Modern.az xəbər verir ki, Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısının cinayət əməlləri haqqında məlumatların rayon sakinlərinə çatdırılması üçün İcra Hakimiyytətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları müxtəlif tədbirlər keçirirlər. İdarə və müəssisələrin işçiləri və çoxmərtəbəli yaşayış binasının sakinləri ilə görüşlər keçirilir, onlara bu halların dövlətçiliyə və xalqa xəyanət olduğu çatdırılır. 

Lakin rayon sakinləri illərdir İmişlini çapıb-talayan eks-icra başçısı ilə bağlı keçirilən bu tədbirləri gecikmiş aksiya hesab ediblər.


Xatırladaq ki, İmişli rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini hazırda birinci müavin  Səfa Ağayev icra edir.


Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.

Özü həbs olunan sabiq icra başçısının oğlu Məhəmməd Hacıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir