Modern.az

Məsafə saxlanılmasa, virusun ikinci dalğasından qaça bilməyəcəyik - Eldar Əzizov

Məsafə saxlanılmasa, virusun ikinci dalğasından qaça bilməyəcəyik - Eldar Əzizov

18 May 2020, 17:18

Əhalinin üzərinə böyük məsuliyyət düşür.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib. İcra başçısının sözlərinə görə, Prezidentin tapşırıqlarına uyğun olaraq, bütün lazımi tədbirlər həyata keçirilir:

 

"Əgər sosial məsafə saxlanılmasa, koronavirusun ikinci dalğasından qaça bilməyəcəyik. Bəşər tarixində belə epidemiyalar olub. İlk dəfə olaraq, koronavirus bütün dünyaya eyni vaxtda təsir edib. Sakinlərdən xahiş edirəm ki, qaydalara riayət etsinlər. Nəzərə alaq ki, parklar, istirahət mərkəzləri bu gündən açılıb, çimərlik mövsümü də açılacaq, insanları qaydalara riayət erməyə çağırıram. Əks halda payızda da bu virusla mübarizə aparmalı olacağıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi