Arxiv
18 May 2020, 22:11 | AKTUAL
Deputatın təşəbbüsü ilə Bərdədə tarixi-mədəni irsin qorunması mövzusunda görüş - FOTO

Bu gün Bərdə şəhərində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunan “Qədim Bərdədə tarixi-mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu” adlı görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd qədim tarixə malik olan Bərdə rayonunda muzey işinin inkişaf etdirilməsi və bu istiqamətdə qarşıda duran vəzifələrlə əlaqədar görkəmli alim və mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması, həmçinin bu sahəyə müvafiq dəstəyin göstərilməsidir.

Yeni Azərbaycan Partiyasını təmsil edən 93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırımın təşəbbüsü ilə təşkil olunan tədbirdə respublikamızın bir sıra tanınmış elm və ictimai xadimləri iştirak ediblər.

Belə ki, görüşdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Kərim Şükürov, AMEA-nın “Elmi və ekoarxeoloji tədqiqatlar” mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, əməkdar mədəniyyət işçisi Kamil İbrahimov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Tədris və Beynəlxalq Əlaqələr şöbəsi”nin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov,  Bərdə Rayon Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev iştirak ediblər.


Qeyd edək ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə diqqətlə yanaşaraq 6 nəfərdən ibarət heyətlə Bərdə rayon Mədəniyyət şöbəsində, Diyarşünaslıq Muzeyində görüş keçirilib və daha sonra Bərdə türbəsi, Bəhmən Mirzə türbəsi, Şirvanlı hamamı, Balabəyin evi adlanan bina və Tərtər çayı üzərində qədim körpü ziyarət edilib.


Görüş zamanı Milli Məclisin deputatı Fatma Yıldırım və digər şəxslər Azərbaycan xalqının zəngin tarixi və mədəni irsə sahib olduğunu bildirib və qeyd ediblər ki, bu qədim mədəni irs xalqımızın əvəzsiz milli sərvətidir. Vurğulanıb ki, bu gün ölkəmizdə mədəni-tarixi abidələrimizin qorunması, muzey işinin daha da inkişaf etdirilməsi zərurətə çevrilib. Bu baxımdan, böyük tarixi keçmişə, tarixi-mədəni abidələrə malik olan Bərdə rayonunda da bu sahə ilə bağlı görüləsi işlər var.


Həmçinin, qeyd olunub ki, belə görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.


Millət vəkili Fatma Yıldırım qədim tarixini və mədəni irsini nəzərə alaraq Bərdədə regional Qarabağ Muzeyinin yaradılmasını da təklif edib.


Çıxışlar zamanı mütəxəssislər Bərdədə abidələrin qorunması, muzey işinin inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıb, müvafiq təkliflərlə çıxış ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13