Arxiv
19 May 2020, 14:36 | İQTİSADİYYAT
Ölkədə hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək:

 

“Sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaq. Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək”.

 

“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı qaydada təşkil olunacaq:

- Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;

- Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;

- Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;

- Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.

 

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib. Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb. Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06