Modern.az

Azərbaycanda qalan əcnəbilərdə də koronavirus aşkarlandı - RƏSMİ

Azərbaycanda qalan əcnəbilərdə də koronavirus aşkarlandı - RƏSMİ

Ölkə

20 May 2020, 12:04

"Müvəqqəti olaraq ölkə ərazisində qalan əcnəbilərdə mövcud virusa yoluxma halları var".

 

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında Modern.az-ın əməkdaşının sualını cavablandırarkən bildirib.

 

O, virusa yoluxmuş şəxslərin karantin rejimində olduğunu və müalicə aldığını qeyd edib:

 

“Bizə ölkədə yaşayan əcnəbilərin koronavirusa yoluxma halları ilə bağlı məlumatlar daxil olub. Onların hər biri karantinə yerləşdirilib. Yoluxan şəxslərin sayı ilə bağlı isə bizdə dəqiq məlumat yoxdur”.

 

Xidmət rəisi virusa yoluxan əcnəbilər tərəfindən Dövlət Miqrasiya Xidmətinə müraciət daxil olduğu zaman onlar haqqında məlumatın aidiyyatı orqanlara ötürüldüyünü qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!