Arxiv
20 May 2020, 15:42 | TƏHSİL
Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi (9illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.


Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr DİM tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.


Yeni qaydalara uyğun olaraq 1 mart 2020-ci il tarixində imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib. Yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq. Yeni şkalaya uyğun imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.


Qeyd edək ki, nəticələrin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin 1-ci mərhələdə topladıqları ballarla 2-ci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub.


Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (bir mərhələli imtahan modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyən şagirdlər oxuduqları təhsil müəssisəsinə müraciət etməlidirlər (təhsil müəssisələri fəaliyyətini bərpa etdikdən sonra).


Qeyd: 
1 mart 2020-ci il tarixində buraxılış imtahanında iştirak etmiş və orta ixtisas təhsili müəssislərinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər müsabiqədə iştirak etmək üçün iyun ayında keçiriləcək imtahanda iştirak etməlidirlər. Müsabiqə yeni qaydalara uyğun keçiriləcək imtahanın (bir mərhələ) nəticələrinə əsasən aparılacaq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53