Arxiv
21 May 2020, 17:45 | AKTUAL
Azay Quliyev QHT-ləri ECOSOC-a üzv olmağa çağırıb

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yardımı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) "BMT yanında Məşvərətçi Status: QHT lər üçün imkan və faydalar " mövzusunda videokonfrans keçirib.


Modern.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev videokonfransda çıxış edib.

O bildirib ki, BMT ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Hələ 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan bu ay Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. BMT-nin 120-dən çox ölkəsinin dövlət və hökumət başçısını bir araya gətirən bu tədbirdə Baş katib Antonio Guterresin də video müraciəti dinlənilib. Bütün iştirakçılar COVID-19 pandemiyası ilə mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə dəstəklərini ifadə ediblər.

Şura sədri deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları da BMT orqanlarında səmərəli fəaliyyət göstərirlər. Azərbaycanın hazırda 16 QHT-sinin BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv olaraq xarici tərəfdaşlarla yaxından işləməsi çox təqdirəlayiqdir:

“Məmnuniyyətlə qeyd edmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə BMT qurumları arasında da əməkdaşlıq səviyyəsi öz sıxlığı və məhsuldarlığı ilə fərqlənir. BMT-nin ölkəmizdəki nümayəndəliyi və ixtisaslaşmış qurumları ilə birlikdə bir sıra birgə layihələr uğurla həyata keçirilib. Şura hər zaman Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq səviyyədə daha geniş təmsil olunmasını təşviq edir. Şura hər il bir çox yerli QHT-lərin BMT, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların yüksək səviyyəli tədbir və görüşlərində iştirakı üçün onlara xarici səfər qrantları ayırır. BMT qurumları ilə QHT-lər arasında mümkün əməkdaşlıqdan danışarkən qeyd etmək lazımdır ki, Şura elektron və ya rəqəmsal hökumət sahəsində BMT ilə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə böyük diqqət yetirir”.

Azay Quliyev 2019-cu ildə "Hökümət – QHT - Vətəndaş" üçtərəfli əməkdaşlığının tamamilə yeni bir modeli olan və Şuranın 20 elektron xidmətini bir araya gətirən "SƏLİS" Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemini təqdim etdiklərini və bununla da Şuranın fəaliyyətinin e-hökumətə tam keçidinə nail olduqlarını vurğulayıb: “BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzaiyə SƏLİS-in təqdimat mərasimində bu Sistemin tezliklə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin mümkün olacağını bildirdiyinə görə təşəkkür edirəm. Onu da qeyd etmək istərdim ki, biz cənab İshaqzai və BMT-nin müvafiq qurumları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

Azay Quliyev Şuranın COVID-19 pandemiyasının beynəlxalq gündəmin əsas məsələsi olduğunu nəzərə alaraq ötən həftə 11 ölkənin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini bir araya gətirərək onların təmsil etdikləri dövlətlərin koronavirusla mübarizə istiqamətində milli təcrübələrinə dair beynəlxalq videokonfrans keçirdiyini bildirib. Konfransda Ümumdünya Səhiyyə Təşkilatına (BST) Bəyanat ünvanlanıb və pandemiya və post-pandemiya dövründə birgə fəaliyyət planı barədə ÜST-ə məlumat verilib.

Azay Quliyev Şuranın ECOSOC-un məqsədlərini və missiyasını dəstəklədiyini bu beynəlxalq quruma üzv olmaq istəyən hər bir yerli QHT-yə lazımi maliyyə, metodik, konsultativ və texniki yardım verməyə hazır olduğunu deyib: “BAMF-ın prezidenti Umud Rəhimoğlunun böyük təcrübəsini və onun rəhbərlik etdiyi təşkilatın müvafiq resurslarını nəzərə alaraq Azərbaycan QHT-lərinin ECOSOC-a üzvlüyünün təşviqi prosesinin koordinasiyasını ona həvalə etmək təklifini vermək istərdim. İnanıram ki, BAMF tərəfindən təşkil edilə biləcək seminar və məlumat sessiyaları Azərbaycanın vətəndaş cəmiyyətinin bu qurumda daha geniş təmsil olunmasına töhfə verə bilər. QHT-lərin ECOSOC çərçivəsində məşvərətçi statusu almaq üçün son müraciət tarixinin 1 iyun 2020-ci ilin olduğunu nəzərə alaraq hesab edirəm ki, bütün texniki detalları razılaşdırmalı və bu tədbirləri ən qısa müddətdə başlamalıyıq.

Yerli QHT-ləri istənilən qeyri-hökumət təşkilatı üçün böyük bir üstünlük olan ECOSOC üzvlüyünə müraciət etməyə çağırıram. Bunun sayəsində onlar müxtəlif vacib mövzularda beynəlxalq tədbirlərdə iştirak etmək və əlbəttə ölkəmizi beynəlxalq arenada təmsil etmək, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yürütdüyü işğalçılıq siyasəti barədə daha geniş auditoriyanı məlumatlandırmaq və bu məsələ ilə bağlı BMT-yə ətraflı alternativ hesabatlar təqdim etmək üçün daha böyük imkanlar qazanacaqlar. Yekunda Şura ilə BMT-nin müvafiq qurumları arasında daha sıx əməkdaşlığa ümidvar olduğumu bildirmək istərdim”.

Azay Quliyev Şura və BMT-nin Bakı Ofisi, Minilliyin İnkişaf Məqsədlərinin icrasında vətəndaş cəmiyyətinin iştirakını artırmaq məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalaya biləcəklərini və Şuranın bununla bağlı lazımi maddi və texniki yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:12 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Bakıda daha bir İNTİHAR - Gənc oğlan özünü öldürdü 26 Yanvar 2021, 14:50 Çingiz Qənizadə polis əməkdaşları haqqında çəkilən videoya bir daha aydınlıq gətirdi 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22 İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI 26 Yanvar 2021, 14:16 Prezident işdən çıxardığı nazirdən DANIŞDI 26 Yanvar 2021, 14:10 Prezident yeni naziri qəbul etdi - “Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız” 26 Yanvar 2021, 14:04 Şamaxıda püskürən vulkanın səbəbi açıqlandı 26 Yanvar 2021, 13:58 Pensiyaçılara şad xəbər - artımlar bu tarixdən veriləcək 26 Yanvar 2021, 13:52 Yeni rabitə naziri kimdir? - DOSYE 26 Yanvar 2021, 13:46 Lavrov-Zərif görüşü başladı – Qarabağ müzakirə olunur 26 Yanvar 2021, 13:40 Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq - Deputat   26 Yanvar 2021, 13:37 Ərdoğan türk hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək 26 Yanvar 2021, 13:32 Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - FOTO 26 Yanvar 2021, 13:26 Naxçıvana reyslərin sayı həftədə 3 dəfəyə qaldırıldı 26 Yanvar 2021, 13:22 İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad etdi 26 Yanvar 2021, 13:20 Xırdalandakı partlayışla bağlı cinayət işi AÇILDI 26 Yanvar 2021, 13:19 Dollar bu il 10-15% devalvasiyaya uğraya bilər – PROQNOZ 26 Yanvar 2021, 13:16 Rəşad Nəbiyev nazir təyin edildi - SƏRƏNCAM 26 Yanvar 2021, 13:10