Arxiv
22 May 2020, 16:02 | QARABAĞ
Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq - Tural Gəncəliyev

Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin açıqlamasında deyilir.

 

T.Gəncəliyevin sözlərinə görə, dünən – 21 may tarixində Ermənistan ən yüksək səviyyədə sülh prosesinə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz “seçki” şousu ilə təyin etdiyi qondarma “prezident” üçün, qondarma “andiçmə mərasimi” təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, Azərbaycan kinoteatrının binasında təşkil edildi:

 

"Bütün addımlar – qondarma “seçki” şousu, qondarma “andiçmə” tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə xidmət edirdi - sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.

 

Hətta dünən təşkil edilən “tədbir” o qədər mənasız və əssassız idi ki, qondarma rejimin yeni oyuncaq “rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar etdi.
Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə əslində çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə. Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq.

 

Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapmışdır. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.
Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

 

Bir daha bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu bizim üçün qırmızı xəttdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21 Sabah 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək 4 Avqust 2020, 12:17 Ziyarətgaha gedən 19 nəfər cərimələndi 4 Avqust 2020, 12:01 Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO 4 Avqust 2020, 11:45 Rayonlara gediş-gəliş xidməti vəsiqə ilə mümkün olmayacaq - XƏBƏRDARLIQ 4 Avqust 2020, 11:44 Jurnalistlər icra başçılarından çox maaş alırdılar, indi bu peşəni gözətçiyə dəyişirlər 4 Avqust 2020, 11:39 Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb 4 Avqust 2020, 11:34 Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanlarla bağlı tədbirlər görəcək 4 Avqust 2020, 11:31