Modern.az

Azərbaycanda koronavirusun ən çox yayıldığı RAYONLAR

Azərbaycanda koronavirusun ən çox yayıldığı RAYONLAR

22 May 2020, 17:20

Azərbaycanda koronavirusun daha çox yayıldığı bölgələr açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Gəncə yoluxma dinamikasına görə, yenə öndədir:

 

"Yoluxma daha çox Bakı, Salyan, Yevlax, Füzuli, Samux, Cəlilabad, Ağstafa, Kürdəmir, Sumqayıtda müşahidə olunur".

 

TƏBİB rəhbəri deyib ki, Yevlaxda 83 nəfər yoluxub və bu da aktiv halların 6 faizini təşkil etməkdədir:

 

“Bu rayonlarda tibbi qurumların fəaliyyəti daha da gücləndirilməlidir". 

 

R.Bayramlı qeyd edib ki, Bakıda Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alınıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi