Modern.az

Azərbaycanda 1139 nəfər karantində saxlanılır

Azərbaycanda 1139 nəfər karantində saxlanılır

Aktual

22 May 2020, 17:57

Hazırda Azərbaycanda 1139 nəfər karantində saxlanılır.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, bunlar Rusiyadan, eləcə də hava nəqliyyatı ilə digər ölkələrdən gələnlərdir:

"Həftəlik 200-500 nəfəri karantinə qəbul edə bilirik. Nəzərə almaq lazımdır ki, karantin müəssisələrinə tibb işçilərimiz ezam olunur. Ona görə də bundan artıq insanı karantinə ala bilmirik".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır