Arxiv
22 May 2020, 18:44 | AKTUAL
"Azercell" bölgələrdə yaşayan 4 mindən çox ailəyə dəstək olub ® - FOTO

“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir.

 

Şirkətdən Modern.az verilən məlumata görə, belə ki, karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1 000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərilib. Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4 000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb. “Azercell”in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar.

 

Sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.

 

Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə I-ci qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6 000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylayıb.

 

Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq “Azercell” əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət “Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

 

Qeyd edək ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19 Rusiyada eks-nazir koronavirusdan öldü 26 May 2020, 15:09 Sabahın teledərs CƏDVƏLİ 26 May 2020, 14:57 Çimərliklərlə bağlı qaydalar TƏSDİQLƏNDİ 26 May 2020, 14:46 “Qızıl ürək” filmi... 26 May 2020, 14:39 İcra başçısından götürülmüş testin nəticəsi açıqlandı - Şamaxıda 5 nəfərdə virus aşkarlanıb 26 May 2020, 14:26 İranda daha 57 nəfər virusun qurbanı oldu 26 May 2020, 14:09 Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi 26 May 2020, 14:00 Polis 33 şübhəlini saxladı 26 May 2020, 13:54 Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTO 26 May 2020, 13:49 Azərbaycanda böyük koronavirus təhlükəsi - Bəzi yerlərdə yas mərasimi keçirilir 26 May 2020, 13:34 Övladlığa verilən 414 uşağın vəziyyəti yoxlanılıb 26 May 2020, 13:22 Sumqayıtda qəzada ölənlərin adları AÇIQLANDI 26 May 2020, 13:16 Sabahın HAVA PROQNOZU 26 May 2020, 13:13 Ermənilər Ramil Səfərovdan əl çəkmirlər - Avropa Məhkəməsi zabitimiz barədə QƏRAR ÇIXARDI 26 May 2020, 13:08 Qənirə Paşayeva aztəminatlı ailələrə yardım etdi 26 May 2020, 12:58 Polis Bərdədə mənşəyi bilinməyən ət aşkarladı 26 May 2020, 12:42 ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 26 May 2020, 12:30 Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb 26 May 2020, 12:19 Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu 26 May 2020, 12:07 Sumqayıtda dəhşətli qəza - 5 ölü, 2 yaralı - YENİLƏNİB 26 May 2020, 12:00 Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı 26 May 2020, 11:58 Rusiyada virusdan ölənlərin sayı kəskin artır 26 May 2020, 11:47 Bakıda xanım jurnalistin maşını belə soyuldu - VİDEO 26 May 2020, 11:36 Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17