Arxiv
19 Fevral 2021, 09:25 | REPORTAJ
“İgid əsgər” mahnısının həsr edildiyi Milli Qəhrəmanın ANIM GÜNÜDÜR - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günüdür.

Modern.az-ın məlumatına görə, Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Naxçıvan MR Babək rayonu Böyükdüz kəndində anadan olub. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Qayıdandan sonra isə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.

1988-ci illərdə Xalq Hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar faciəsi zamanı xalq etirazlarına qoşulduğu üçün Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələrə məruz qaldığından böyrəyi zədələnir. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Yusif 14 nəfərlik dəstəsi ilə çoxlu əməliyyatda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.


Böyrəklərindəki ağrı əziyyət verdiyindən bir müddət müalicə almağa məcbur olur. Xəstəxanada o, tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə bir palatada müalicə alır. Bir gün onları müalicə edən həkim Şahin Musaoğlu hərbi mahnı yazır. Mahnını çox bəyənən Yusif, Şəmistan Əlizamanlıdan bu mahnını nə vaxtsa ifa etməyi xahiş edir. Şəmistan isə bu mahnını mütləq oxuyacağına və ona həsr edəcəyinə söz verir. Söhbət sözləri və musiqisi Şahin Musaoğluna məxsus olan və çox spnralar- 1995-ci ildə yayımlanan “İgid əsgər” mahnısından gedir.

Yusif bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanır. Bakıda ona müxtəlif vəzifələr təklif olunsa da, bununla razılaşmır.

"Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir".

1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ailəli idi, bir qız övladı var. 

"Mən atamın üzünü heç vaxt görməmişəm. İki yaşım olanda atam müharibəyə gedib, altı yaşım olanda da şəhid olub. Amma həmişə içimdə belə bir hiss olub ki, sanki mən onu görmüşəm, tanımışam, sonra itirmişəm. Atamı yuxularımda da tez-tez görürəm. Toyum olanda o, yuxuda mənə xeyir-dua vermişdi. Bunu dəqiq xatırlayıram. Tək qalanda, köməyə ehtiyacım olanda həmişə atamı arzulamışam, onu axtarmışam. Mənə elə gəlir ki, atasız insan sıradan, adi bir insandır. Atasızlığın ağrısını çox yaşamışam. Hərdən ondan inciyirəm də. Fikirləşirəm ki, nə olur olsun, kaş ki, məni qoyub getməyəydi. Bibilərim ondan danışanda, elə bilirəm məndən bəhs edirlər. Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Hiss edirəm ki, yenilməzlikdə, inadkarlıqda, prinsipiallıqda ona bənzəmişəm. Amma bütün hallarda mən atamı daha çox şəkillərdən görüb tanımışam”,- deyə Yusif Mirzəyevin qızı Nurlana atası haqda danışarkən bildirib.

 
Qızı Nurlana övladına onun adını verib. İndi şəhid Milli Qəhrəmanın adını nəvəsi Yusif yaşadır.


A.Qorxmaz

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49 Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı 7 mart 2021, 16:38 Buraxılış imtahandan 2 şagird xaric edildi 7 mart 2021, 16:28 “Zirə”yə argentinalı futbolçu gəldi 7 mart 2021, 16:15 Ağdamın Suma kəndindən ən son görüntülər - Video 7 mart 2021, 16:00 Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi 7 mart 2021, 15:49 "Taliban" hücuma keçdi: 15 polis əməkdaşı həlak oldu 7 mart 2021, 15:43 Estoniya müdafiə naziri: "Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır”   7 mart 2021, 15:36 "Osasuna" ilə oyunda "Barsa"dan rekord göstərici 7 mart 2021, 15:28 Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı 7 mart 2021, 15:19 Lənkəranlı keçmiş müəllim “mal” alverinə başladı, taksi sürücüsünü də bu işə qoşdu 7 mart 2021, 15:08 Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var 7 mart 2021, 14:58 FHN yolda köməksiz qalmış iki nəfəri xilas etdi  7 mart 2021, 14:51 Küveytli media rəhbəri Azərbaycan Prezidentinin mətbuat konfransından yazdı 7 mart 2021, 14:48 Yoluxma 400-ü keçdi - 3 nəfər öldü 7 mart 2021, 14:42 Külək Binədə qaz xətlərini yararsız vəziyyətə saldı   7 mart 2021, 14:30 Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!" 7 mart 2021, 14:22 Paşinyan ABŞ dövlət katibinə həm yalvarıb, həm də yaltaqlanıb - ŞƏRH 7 mart 2021, 14:20 YAP daim yeni gündəlik yarada bilən partiya olmağı hədəfləyir - VİDEO MÜSAHİBƏ 7 mart 2021, 14:11 Şərurlu İsfəndiyarın restoranında dava - aşığı vurdular 7 mart 2021, 13:59 Güclü külək daha bir orta məktəbə ziyan vurdu - FOTOLAR 7 mart 2021, 13:51 Sumqayıtda külək ağacı qaz borusunun üzərinə aşırdı 7 mart 2021, 13:48 Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı 7 mart 2021, 13:38