Modern.az

Türkiyədə avtomobil elektrik dirəyinə çırpılıb, 3 azərbaycanlı ölüb

Türkiyədə avtomobil elektrik dirəyinə çırpılıb, 3 azərbaycanlı ölüb

Aktual

23 May 2020, 15:42

Türkiyədə avtomobil qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.

Modern.az APA-nın Türkiyə bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə bu gün Trabzonun Of qəsəbəsində baş verib.

 

Çay plantasiyasında çalışan Azərbaycan əsilli işçilərin olduğu avtomobil elektrik dirəyinə çırpılıb. Azərbaycan əsilli Fariş Farişovun idarə etdiyi 61 MA 0611 dövlət nömə nişanlı avtomobil daha sonra yanmağa başlayıb. Qəza nəticəsində sürücü ağır yaralanıb, avtomobildə olan Azərbaycan əsilli 3 işçi isə yanaraq həyatlarını itirib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir