Modern.az

Türkiyədə COVİD-19-a yoluxan azərbaycanlı vəfat etdi - FOTO

Türkiyədə COVİD-19-a yoluxan azərbaycanlı vəfat etdi - FOTO

Aktual

23 May 2020, 23:28

Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib.

Modern.az  xəbər verir ki, virusa yoluxan 52 yaşlı Sadəgül Xudiyeva xüsusi qaydalarla İstanbulun Sariyer rayonunda yerləşən "Kilyos" qəbiristanlığında dəfn edilib.

Ailəsindən verilən məlumata görə, əvvəlcə evdə müalicə alan həmvətənimiz sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. O xəstəxanada vəfat edib.

Ölkəmizin Türkiyədəki səfirliyi "Azərtac"a faktı təsdiqləyib. Səfirlikdən ailəyə yardım göstəriləcəyi bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada