Modern.az

Fransa çempionu avtomobil qəzasında dünyasını dəyişdi

Fransa çempionu avtomobil qəzasında dünyasını dəyişdi

Dünya

24 May 2020, 11:11

Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib.

 

Modern.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib. O, 43 yaşında həyatını itirib.

 

Qeyd edək ki, Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.

 

Onun oğlu Esteban Lepol da peşəkar futbolçudur. O, hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.   

Tərəfdaşların xəbərləri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi