Modern.az

“Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü

“Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü

25 May 2020, 16:15

Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verdi. “Şollerin arxivi” filminin 2-ci hissəsini istehsal etmək üçün “From the Hearts Production Prodakshn”a ssenari təqdim etdik”.

Bunu Modern.az-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov bildirib.

“From the Hearts Production Prodakshn” 1960-cı ildən Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının Oksnard şəhərində fəaliyyət göstərir. 

Prodakşnın müxtəlif proqramları var. Belə ki, onun “Roy W.Dean” qrantı 1992-cı ildə təsis edilib və pul mükafatları təqdim edir.

“İstehsal etdiyimiz “Şollerin arxivi”  filmi də bu qrant proqramı üçün seçilmişdi. Qrantın internet səhifəsində filmimiz barədə məlumatlar yerləşdirilmişdi. Qrant üçün əsasən, cəmiyyəti faydalandıran filmlər seçilir. Payızda “Şollerin arxivi” filminin reklamı onların qəzetində gedəcək. 

“From the Hearts Production Prodakshn” cəmiyyətə töhfə verən unikal filmləri olan müstəqil rejissorların filmlərini maliyyələşdirməyə kömək edir. Əsas odur ki, güclü hekayələri olsun və professional şəkildə təqdim olunsun. Bu prodakşının müxtəlif sponsorluq proqramları ilə bu günə kimi müxtəlif filmlərə 30 milyon dollardan çox maliyyə köməyi edilib”,-deyə C.Qasımov əlavə edib.
 
Qeyd edək ki, filmin rejissorunu çərşənbə günü qrantla bağlı 15 dəqiqəlik virtual iclasa dəvət ediblər.

“From the Hearts Production Prodakshn” fondunun prezidenti “Şollerin arxivi” filminin yaradıcı heyətinə ünvanladığı məktubda deyir:

“Parlaq filminizi nəzərdən keçirməyə göndərdiyiniz üçün təşəkkür edirik. Əsərinizi izləməkdən və oxumaqdan səmimi qəlbdən zövq aldıq. 
Filminizi nəzərdən keçirdik. Ən yaxşı filmdi. Bizim onu isti filmlərimizin siyahısına daxil etdik.
Filminizi bəyəndik və bununla əla potensiala sahib olduğunuzu bildik. Bir il ərzində filminizi internet saytımızda yerləşdirəcəyik ki, bununla həm onu tanıdaq, həm də vəsait toplanmasına kömək edək.
Xahiş edirəm, filminizi 25 maydan əvvəl internet səhifəmizə yükləmək üçün bizim linkə daxil olub həmin ünvana göndərəsiniz.
Xəbər bülletenimizdə bu ay “Payız qrantı”nda isti filmlər nümayiş olunacaq və filminizin siyahıda olmasını istərdik.

Hörmətlə, 
Prezident  Carole Dean"               


C.Qasımov deyir ki, başda özü olmaqla bir qrup yaradıcı insan ölkə başçısı İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı sərəncama ictimai dəstək olaraq “Şollerin arxivi” bədii filmini çəkib.

“Film bu günə kimi 38 beynəlxalq festivalda uğur qazanıb, bu festivallardan müxtəlif nominasiyalar üzrə fərqlənmiş, fəxri mükafatlarla təltif olunmuş, sertifikatlar qazanmışıq. Dünyanın tanınmış festivallarının təşkilat komitələri məktub yazaraq, bizi tədbirlərdə iştiraka dəvət edir. Qeyd edək ki, film dünya distrübitorları “iPitch.tv”, “Vimeo”, “Amazon” kimi platformlara yerləşdirib.

Film hətta ABŞ-da kilsədə keçirilən “Green Mountain Christian Film Festiva­lı”nda da ilk müsəlman filmi kimi qələbə qazanaraq birinciliyi təmin edib. Sonra bi­zə müraciət edib digər filmlərimizi də istədilər. Hacı Zeynalabdin Tağıyevlə bağlı çəkdiyimiz filmi də göndərdik, finala vəsiqə qazandı. Bu uğurdan sonra baş­qa kilsələrdə keçirilən festivallarda da bizim filmləri istədilər və festival ödənişin­dən azad edərək, filmlərimizi qəbul etdilər.

“Şollerin arxivi” filmindən sonra dünyanın bir çox ölkəsindən festival təşkilatçı­la­rı filmlərimiz üçün bizə müraciət etdi. 

Xüsusilə, “Şollerin arxivi” filmi Avropada, eyni zamanda dünyada Azərbaycan kino tarixində özü­­nəməxsus səviyyədə səs salan, mükafatlara layiq görülən bir film olaraq müstə­qil Azər­baycan mədəniyyət tarixinə düşməyi haqq edib.

Bir çox ölkələrdən bizimlə əlaqə saxlayıb mədəniyyətimizlə bağlı daha dərindən öy­rənmək istədiklərini bildirirlər. Bir çox “Lift-Off” və “Hollivud” film festivalları bizə münsif kimi iş təklifləri etdi. Uyğun profilli dünya mediası film barəsində yazılar dərc etdi. Film sa­yəsində ölkəmiz, mədəniyyətimiz barəsində xeyli yazılar Amerika, Avropa, Şərq ölkələrinin mətbuatına qədər çatıb” . C.Qasımov bildirib.

 
“Şollerin arxivi” filmi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azər­­baycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.   
Triller janrında çəkilmiş ekran əsərində xalq artisti Sabir Məmmədov, əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

 Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mən­şəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göy­göl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dra­mı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nə­zər­dən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır