Arxiv
25 May 2020, 21:42 | AKTUAL
Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatan binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar.

 

Modern.az xəbər verir ki, istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.


Qeyd edək ki, bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas təsiri özünü insanların yaşayış səviyyəsində göstərir. Dövlət daha çox aztəminatlı və xüsusi diqqət tələb edən təbəqənin sosial qayğılarının həllinə çalışır. Bu zaman dövlət məsələyə həm də kompleks yanaşır və bu yanaşma bütün əhali təbəqələrini əhatə edir. Bu sırada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Artıq bu kateqoriyadan olan insanlar üçün ölkənin müxtəlif ərazilərində salınan yeni qəsəbələrdə və müasir yaşayış komplekslərində 300 mindən çox insan məskunlaşıb. Şəhid ailələrinin, müharibə veteranlarının mənzillərlə təmin olunması da dövlətin sosial siyasətinin prioritetləri sırasına daxildir. Dövlət həm də təbii fəlakətdən zərər görən vətəndaşların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır. Baxmayaraq ki, təbii fəlakət hər bir ölkədə baş verir, amma başqa ölkələrdən fərqli olaraq Azərbaycanda təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşın qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur. Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə gələn dövlətimizin başçısı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verdi və sərəncamlar imzaladı. Bunun nəticəsi olaraq indiyədək çoxlu sayda yeni ev və çoxmərtəbəli bina tikilmiş və bərpa olunmuşdur.


Dövlətimizin başçısı və birinci xanım daha sonra zəlzələdən zərər çəkənlər üçün inşa olunmuş 110 mənzilli binalardakı mənzillərə baxdılar. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. 1560 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi üçün yeni korpusun inşası və digər korpusun əsaslı təmiri davam etdirilir.


Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək Fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb, 290 yerlik 4 körpələr evi-uşaq bağçası, 360 şagird yerlik Məlikçobanlı kənd tam orta məktəbi üçün yeni binalar tikilib və 408 şagird yerlik Carhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir.

 

***

 

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada oldular.

 

Modern.az xəbər verir ki, daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlandılar. Məlumat verildi ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusdan yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52