Modern.az

Rusiyada eks-nazir koronavirusdan öldü

Rusiyada eks-nazir koronavirusdan öldü

26 May 2020, 15:09

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə onun dostu, yazıçı Denis Draqunski feysbukda yazıb.

 

V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə - 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb.

 

Qeyd edək ki, Rusiyada 362 342 nəfər koronavirusa yoluxub, onlardan 3807 nəfəri ölüb, 131 129  nəfər isə sağalıb.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi