Modern.az

İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı

İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı

26 May 2020, 20:58

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 78 nəfər ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.


Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 32 955  nəfərə çatıb.


Bildirilir ki, son sutka ərzində 397 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 230 555  nəfər təşkil edib.
Məlumata görə, indiyədək İtaliyada 144 658 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır