Arxiv
28 May 2020, 13:51 | AKTUAL
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi – Deputat yazısı

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 102-ci ildönümüdür.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri haqqında yazıb.

 

Modern.az deputatın “28 May” yazısını təqdim edir:

“Hər bir qaranlıq gecənin günəşli bir səhəri olur. Azərbaycan xalqının tarixində qaranlıq gecə 1918-ci ilin mart soyqırımı, günəşli səhər isə 1918-ci ilin 28 mayıdır. 28 may müstəqilliyimizin tarixində ən şərəfli zirvədir. Bu bir mənalı belədir. Riyaziyyatçılar buna aksioma deyirlər.

Hər xalqa müstəqillik nəsib olmur. Dünyanın bir çox xalqlarının tarixində zirvələr mövcuddur. Anadolu türkləri üçün 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrin ikinci yarısında vahid dövlət şəklində birləşmə, amerikanlar üçün 4 iyul ən böyük tarixi hadisədir. Allah-Təala belə bir xoşbəxt günü bizim xalqımıza da nəsib etmişdir. Bu xoşbəxt tarixin başlanığıcı 1918-ci il mayın 28-dir.

Vaxtilə K.Marks yazırdı ki, qədim Yunanıstan olmasaydı, qədim Roma olmazdı, qədim Roma olmasaydı, müasir Avropa olmazdı. M.Ə.Rəsulzadə isə yazırdı: "I cahan savaşı olmasaydı, fevral burjua inqilabı olmazdı, fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti olmazdı".

23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna baxmayaraq, aşağıdakıları həyata keçirməyə müvəffəq oldu:

  • 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət "İstiqlal bəyannaməsi"ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
  • Coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif adlar altında təsbit olunan bu ərazi Azərbaycan, dövlət isə Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı.
  • Bakı şəhəri öz tarixində ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtına çevrildi.
  • 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsi imzalandı.
  • 1918-ci il iyunun 21-də Azərbaycanın ilk dövlət rəmzlərini qəbul etdi.
  • İyunun 21-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq (Osmanlı bayrağına oxşar) qəbul edildi;
  • a) Noyabrın 9-da hazırki üçrəngli bayrağımız və Səkkizguşəli ulduz qəbul edildi;
    • 1918-ci il iyunun 24-də Qori müəllimlər seminari­ya­sının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi haqqında qərar qəbul etdi.
    • 1918-ci il iyunun 26-da Azərbay­can Milli Ordusunun yaradılması haqqında qərar qəbul etdi.
    • 1918-ci il iyunun 27-də Azərbay­can (türk) dilinin dövlət dili elan olunması haqqında qərar qəbul etdi.
    • 1918-ci il iyunun 27-dən iyulun 1-dək Qaraməryəm yaxınlığında Qaf­qaz İslam Ordusu Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvəllərini darmadağın etdi.
    • 1918-ci il iyulun 15-də erməni-daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları təhqiq etmək və tarixi həqiqətləri dünyaya çatdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.
    • 1918-ci il iyulun 20-də Qafqaz İslam Ordusu Şamaxını Bakı soveti qüvvəllərindən azad etdi.
    • 1918-ci il iyulun 30-da Yelizavetpol şəhəri Gəncə, Qaryagin Cəbrayıl ad­landı­rıldı.
    • 1918-ci il iyulun 31-də Şaumyan başda olmaqla Bakı Soveti qüv­vəl­ləri istefa verdi.
    • 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakı şəhərini Sentrokaspi qüvvələrindən azad etdi.
    • 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hö­kumət Bakı şəhərinə daxil oldu. Bakı Azərbaycanın paytaxtına çevrildi.
    • 1918-ci il oktyabrın 21-də Azərbaycan Xəzinə Palatası təşkil edildi.
    • 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradıldı.
    • 1918-ci ilin noyabrında Azərbaycan Məhkəmə Palatası təşkil edildi.
    • 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti təsis edildi.
    • Azərbaycan Parlamentində türk-müsəlman əhalisinə 80, ermənilərə 21, ruslara 10, almanlara 1, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer ayrıldı. Parlamentin demokratik tərkibi hətta bugünkü Avropa Şurasını da təccübləndirə bilir.
    • Parlament 17 ay ərzində 145 iclas keçirmiş, müzakirəsinə 270-dən çox qanun lahiyəsi çıxarılmış, onlardan 230-u qəbul olunmuşdur.
    • Parlamentdə 11 fraksiya və 11 komissiya fəaliyyət göstərirdi.
    • Azərbaycanda hakimiyyət bölgüsü aparıldı: 1.Qanunverici, 2.İcraedici 3.Məhkəmə hakimiyyəti.
    • 1918-ci ilin dekabrında Azərbaycan parlamenti Bakı şəhərinin azad edilməsində şəhid olmuş Türk və Azərbaycan əsgərlərinin şərəfinə Bakının ən hündür yerində abidənin ucaldılması haqqında qərar qəbul etdi.
    • 1918-ci ilin dekabrında milli valyuta olan Bakı bonu tədavülə buraxıldı.
    • 1918-ci il dekabrın 28-də parlamentdə Ə.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edildi.
    • 1918-ci il dekabrın 28-də general Tomson Fətəli xan Xoyskinin başçılıq etdiyi hökuməti tanıdığını bəyan etdi.
    • 1919-cu ilin yanvarında Qarabağda erməni separatçılarının qanunsuz hərəkətlərinə son qoymaq üçün Qarabağ general-qubernatorluğu yaradıldı. Fevralda Xosrov bəy Sultanov qubernator təyin olundu.
    • 1919-cu ilin fevralında ermənilər tərəfindən Naxçıvana edilən hücumların qarşısını almaq üçün Naxçıvan general-qubernatorluğu yaradıldı.
    • 1919-cu il martın 3-də Azərbaycan Teleqraf Agentliyi yaradıldı.
    • 1919-cu il martın 21-də Əlifba islahat komissiyası yaradıldı. Məqsəd latın əlifbasına keçməkdən ibarət idi.
    • 1919-cu ilin martından Novruz bayramı dövlət səviy­yə­sində qeyd olundu.
    • 1919 və 1920-ci illərdə 31 mart dövlət səviy­yə­sində milli matəm günü kimi qeyd olundu.
    • 1919-cu ilin martında "Əksinqilabla mübarizə təşkilatı" adı altında Mil­li təhlükəsizlik xidməti yaradıldı.
    • 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yaradıldı.
    • 1919-cu il iyunun 15-də Denikin təhlükəsinə qarşı Gürcüstanla hərbi pakt imzalandı.
    • 1919-cu il iyunun 28-də Böyük Britaniya hökuməti ingilis ordusunun Qafqazdan çıxarılacağı haqqında Paris sülh konfransına rəsmi məlumat verdi.
    • 1919-cu il iyulun 21-də parlament Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə seçkilərdə qadın və kişi bərabərliyi təsbit olundu.
    • 1919-cu il avqustun 11-də Parlament Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Yəni, rəngindən, irqindən, cinsindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri qanun qarşısında bərabər elan olundu.
    • 1919-cu il avqustun 24-də Naxçıvanda ABŞ general-qubernatorluğu­nun yaradılması barədə polkovnik V.Haskelin bəyanatı elan edildi və amerikalı polkovnik Edmund Delli bu zonaya qubernator təyin olundu. Lakin Azərbaycan hökumətinin ciddi müqaviməti və Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində amerikalılar öz niyyətlərini reallaşdıra bilmədilər.
    • 1919-cu il avqustun 20-dən sentyabrın 2-nə kimi Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi.
    • 1919-cu il avqustun 22-də Dağlıq Qarabağ erməniləri Azərbaycan hökuməti qarşısında 26 bənddən ibarət öhdəlik götürdülər.
    • 1919-cu il avqustun 23-də qaçqın və köçkünlərlə bağlı komissiya yaradıldı.
    • Hökumət qaçqın düşən əhali ilə bağlı parlament və hökumət səviyyəsində 10 qərar və qanun qəbul etdi.
    • 1919-cu il avqustun 25-də ingilis qüvvələri Bakını tərk etdilər.
    • 1919-cu ilin avqustunda Xəzər hərbi dəniz donanması yaradıldı.
    • 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti 100 nəfər azər­baycanlı tələbənin xaricə göndərilməsi haqqında qanun qəbul etdi.
    • 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Dərslər noyabrın 15-də başladı.
    • 1919-cu ilin yayında Azərbaycan hökuməti maliyyə çətinliklərinə baxmayaraq, Dağıstan Dağlılar Respublikasına 50 milyon manat həcmində yardım göstərdi.
    • 1919-cu il sentyabrın 3-də Lənkəran bölgəsindəki rus hərbi qüvvələri tərksilah edildi.
    • 1919-cu il sentyabrın 30-da Dövlət Bankı təşkil olundu.
    • 1919-cu ilin oktyabrında mətbuatda senzura ləğv olundu.
    • 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan-Ermənistan sazişi imzalandı.
    • 1919-cu ilin dekabrında "İstiqlal" muzeyi açıldı.
    • 1919-cu ildə Bakı neftini dünya bazarına çıxarmq üçün Bakı-Batum neft kəməri bərpa edilərək istifadəyə verildi.
    • 1919-cu ilin sonunda İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Hərbi feldşer məktəbi və Hərbiyyə məktəbi açıldı.
    • Milli hökumət Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait ayırdı. Amma məqbərəni tikmək üçün vaxt çatmadı.
    • 1920-ci il yanvarın 11-də Versalda Azərbaycan Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanındı.
    • 1920-ci il yanvarın 14-də Azərbaycanın Paris Sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınması şərəfinə Təzəpir məscidində dua­lar oxundu. Parlamentin təntənəli iclası keçirildi, Hürriyyət mey­danında Milli ordunun rəsmi keçidi oldu.
    • 1920-ci il martın 20-də sovet Rusiyası ilə ticarət müqaviləsi imza­landı. Lakin Rusiya bu müqaviləyə riayət etmədi.
    • 1920-ci il martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti İran tərəfindən de-fakto və de-yure tanındı.
    • 1920-ci il martın 20-də İranla bağlanmış müqaviləyə əsasən Tehranda səfirlik, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ərdəbildə, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradıldı.
    • 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ordusunun sayı 40 minə çatırdı. Bunun 30 mini piyada, 10 mini isə suvari idi.
    • Bakı-Culfa dəmir yolu inşa edilərək istifadəyə verildi.
    • Kür çayı üzərində körpü salındı.

    1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin sonuncu – 145-ci iclası axşam saat 20.45-də başladı və 23.25-ədək davam etdi.

    1920-ci il aprelin 27-də Parlament səs çoxluğu ilə 7 şərtlə hakimiy­yətin kommunistlərə verilməsi haqqında qərar qəbul etdi.

    1920-ci ilin aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinə aşağıdakıları həyata keçirməyə imkan vermədi:

    • Bakı neftini dünya bazarına tam gücü ilə çıxara bilmədi.

    1994-cü ildə Heydər Əliyevin biləvasitə rəhbərliyi altında “Əsrin müqaviləsi” imzalandı. Bakı nefti dünya bazarına Bakı-Ceyhan Beynəlxalq neft kəməri vasitəsilə çıxarıldı.

    • Azərbaycanda ali hərbi məktəb aça bilmədi. Müstəqilliyimizin yenidən bərpasından sonra çoxlu sayda ali hərbi məktəblər açıldı.
    • Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi. 1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.
    • Parlament seçkilərini keçirə bilmədi. 1995-ci ilin noyabrında parlament seçkiləri keçirildi.
    • Ərəb əlifbasından Latın qrafikalı əlifbaya keçidi təmin edə bilmədi. Müstəqilliyin yenidən bərpası dövründə latın qrafikalı əlifbaya keçildi.
    • Aqrar məsələni, yəni torpaq məsələsini həll edə bilmədi. 1996-cı ildə aqrar məsələ həll olundu.
    • Qafqaz İslam Ordusunun şərəfinə abidə qoya bilmədi. 2000-ci ildə Şəhidlər xiyabanında bu əzəmətli abidənin açılışı oldu.
    • Ermənistan və sovet Rusiyasının günahı üzündən həmin dövlətlərlə qonşuluq münasibətlərini qura bilmədi. Bu gün də Ermənistanın təcavüzkar siyasəti nəticəsində onunla qonşuluq münasibətlərini qurmaq mümkün olmamışdır. Hazırda Rusiya Federasiyası ilə bütün istiqamətlərdə səmimi münasibətlər mövcuddur.

    XX əsrdə xalqımız üç Respublika yaşadı. Birinci Respublikanın ömrü qısa, amma ərazisi böyük idi. Birincini Azərbaycanın milli-demokratik ziyalıları qurdular, xalq da onları müdafiə etdi.

    İkinci Respublikanın ömrü birinciyə nisbətən uzun oldu, amma xeyli ərazimizi əlimizdən aldılar. İkinci Respublika birinci Respublika dövründə qazanılanların üzərində xətt çəkdi. İkinci Respublika kənar müdaxilə nəticəsində quruldu. Bu Respublika müstəqil yox ,müttəfiq adlandı.

    Üçüncü Respublika 1991-ci ildə quruldu. Üçüncü Respublika özünü birinci Respublikanın siyasi varisi elan etdi. Bu Respublika xalqın tələbi və iradəsinin nəticəsi kimi yarandı. 30 ilə yaxındır ki, bu Respublika yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Azərbaycan Respublikası Birinci Respublikanın qaldırdığı üç rəngli bayrağın Azərbaycanın suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəsini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya sübüt etdi ki, Azərbaycanın - tarixi torpaqlarını azad etmək üçün güclü ordusu, ən müasir silahları, dövlət başçısı İlham Əliyev başda olmaqla xalqla hakimiyyətin sarsılmaz birliyi vardır.

    Allahın köməyi ilə Azərbaycan tezliklə bu müharibədə qalib olacaqdır.

    Respublika gününüz mübarək olsun”.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29 Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO 9 İyul 2020, 15:24 Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək 9 İyul 2020, 15:21 Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ   9 İyul 2020, 15:18