Arxiv
29 May 2020, 15:07 | DÜNYA
ABŞ-da iğtişaşlar davam edir: Tramp onları HƏDƏLƏDİ - FOTOLAR

ABŞ-ın Minnesot ştatının Minneapolis şəhərində iştişaşlar davam edir. Bu dəfə etirazçılar polis bölməsini yandırıblar. İçəridəki polislər isə binanın damından vertolyot vasitəsilə evakuasiya ediliblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə üç gündür ki, qarşıdurma gedir. Amerikalılar afroamerikalı Corc Floydun həbsi zamanı polislərin davranışına qarşı etiraz edirlər. Etirazlar qaradərili C. Floydun polislər tərəfindən saxlanılması zamanı çəkilmiş videonun yayılmasından sonra başlayıb. Mayın 25-də saxta sənədlərin istifadəsində təqsirli bilinən şəxsin həbsi zamanı polislər onun əllərinə qandal taxaraq, yerə uazdıblar. Polislərdən biri dizi ilə Floydun boynunu saıxıb. O, qışqıraraq boğulduğunu desə də, ona fikir verən olmayıb. Bir neçə saatdan sonra Floyd xəstəxana yerləşdirilib və orada keçinib.

Etirazçılar üç günlük qarşıdurmalardan sonra polis bölməsini əhatəyə alıblar. Binanın damına çıxmış polislər izdihamı işıq və səsverici qranatlarla dağıtmaq istəyəndə isə binaya girərək, oranı yandırıblar.

Bu arada ABŞ prezidenti Donald Tramp etirazçıları şəhərə qoşun yeridəcəyi ilə hədələyib. O, bu haqda Twitter səhifəsində yazıb.

“Mən Amerikanın böyük şəhərində baş verənlərə sakit oturub baxa bilmərəm. Orada güclü lider yoxdur. Ya bu aciz mer Ceykob Frey özünü ələ alıb, izdhamı sakitləşdirəcək, ya da mən özüm ora milli qvardiyanı göndərəcəm”, – deyə Amerika prezidenti deyib.

Bundan əvvəl Minnesot ştatının qubernatoru Tim Uolz şəhərə Milli qvardiyanı daxil etmişdi. O, sakit nümayişlərin tərəfdarı olduğunu desə də, şəhərin dağıdılmasını nəzərə alaraq təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayıb.           


A.Qorxmaz

     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvadakı soydaşlarımızdan Ermənistanın təxribatına sərt etiraz 13 İyul 2020, 16:43 Azərbaycanda koronavirusdan sağalanlar yoluxanları üstələdi - 7 nəfər öldü  13 İyul 2020, 16:35 Ermənistan yeni itkilərini ETİRAF ETDİ 13 İyul 2020, 16:30 Leysan yağışlar Daşkəsənə ciddi ziyan vurdu - VİDEO 13 İyul 2020, 16:25 Müdafiə Nazirliyi Qaraqaya yüksəkliyi ilə bağlı məlumat yaydı 13 İyul 2020, 16:20 Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.   13 İyul 2020, 16:15 Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” 13 İyul 2020, 16:09 Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verdi 13 İyul 2020, 16:05 Putin Ərdoğan Aya Sofya məbədini müzakirə etdilər 13 İyul 2020, 16:04 “Mülki əhali arasında itki yoxdur” - Nazirlik 13 İyul 2020, 16:01 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55