Modern.az

Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA  

Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA  

29 May 2020, 19:52

Uşaq bağçaların açılması bu mərhələdə gözlənilmir.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.



Onun sözlərinə görə, bağçaya gedərkən uşaqlar risk altında qalır və daşıyıcı ola bilər.



"Uşaqlar xəstəliyi asimptomatik keçirə bilər. Uşaqları bağçalara aparıb-gətirən yaşlı şəxslər risk altında qala bilər. Bağçaların açılması ilə bağlı metodiki göstərişlər hazırlanır, müzakirə olunur".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!