Arxiv
30 May 2020, 17:47 | MƏDƏNİYYƏT
“Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ

Solmaz Rüstəmova-Tohidi,
Tarix elmləri doktoru

Yazının I hissəsinin LİNKİ


Ölkə başçısı, cənab president İlham Əliyev mayin 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər qarşısındakı çıxışı zamanı Azərbaycan Xalq Cümhuriyyətindən danışarkən suallar qoyub...


Cənab Prezidentin adı gedən çıxışında qoyduğu sualları əvvəlki statusumda tarixçi mövqeyindən cavablandırmağa çalışdım. Burada isə həmin sualların məhz ölkə Prezidenti tərəfindən qoyulduğu üçün cəmiyyət tərəfindən birmənalı qarşılanmadığı faktı qarşısında cənab İlham Əliyevin Cümhuriyyət tarixinə bu günün bucağından baxışlarında irəli sürdüyü əsas postulatlara münasibətimi və bundan çıxış edərək bir sıra şəxsi mülahizələrimi bildirmək istəyirəm.

“Nə üçün ?” sualları arxasında Prezident əslində öz məramını dəqiq izah edir: Tarixi bilmək! Tarixi mifologiya və şişirtməklə özümüzü aldatmamaq! Tarixdən ibrət götürmək! O hadisələr təkrarlanmasın! Müstəqilliyimiz əbədi olsun!

Düşünmürəm ki, bu postulatlarla razılaşmayan hər hansı bir tarixçi, və geniş mənada, Azərbaycan vətəndaşı tapılsın.

AXC tarixində ən ağrılı məqam kimi İrəvanın güzəştə gedilməsi və 23 aylıq mövcudiyyətdən sonra Cümhuriyyətin süquta uğradılması faktları nümunəsində ölkə Prezidenti dövlətin yaradılması və təşəkkülü prosesində verilən ərazi itkiləri və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi məsələlərinə diqqət çəkir.

Şübhəsiz ki, bu günün reallıqları həqiqətən həmin narahatlıqlara əsas verir. Mən politoloq deyiləm və odur ki, bu nəzərdən hər hansı mühakimələr yürütmək fikrindən uzağam. Amma Prezident İlham Əliyevlə qısa tanışlığım və bu ünsiyyət zamanı şəxsi müşahidələrimdən irəli gələn bir inam hissini qoyulan məsələlər kontekstində bölüşmək istərdim.

2012-2013-cü illərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qubada inşa edilmiş Azərbaycanlıların Soyqırımı Memorial Kompleks muzeyinin ekspozisiyası üzərində işləyirdim. Fondun bu işə cəlb olunmuş azsaylı, lakin olduqca mobil, professional və işgüzar kollektivi mənə həmin hadisələri tədqiq etmiş bir tarixçi alim kimi tam azad fəaliyyət şəraiti yaratmışdı. Əslində bu “yaradıcı azadlığı” Fondun rəhbəri Mehriban xanım Əliyeva vermişdi. Çünki, bildiyim qədər, ekspozisiyanın ayrı-ayrı bölmələri üzərində işlər tamamlandıqca şəxsən Mehriban xanıma təqdim olunur, və, yəqin ki, təqdir edildiyindən hər hansı bir qeyd bildirilmirdi. Lakin bir dəfə, demək olar ki, artıq asılmaq üçün hazır olan bir bölməyə Prezidentin özü tərəfindən etiraz gəldi. Söhbət “1918-ci il qırğınlarının rəhbərləri və icraçıları” ekspozisiyasında S.Şaumyan və Korqanovdan tutmuş erməni generalları və əsgərlərinədək – şəkillərinin onların cinayətlərini ifşa edən mətnlərin yanında vurulmasının məqbul sayılmadığından gedirdi. Həmin etirazın bir cümlə ilə və olduqca sərt şəkildə ifadə edilməsi Prezidentin özünün də muzeyin tərtibatı ilə bilavasitə maraqlanması və bu həssas məsələdə (düşmənlərin şəkillərinə) kəskin şəxsi mövqe nümayiş etdirməsi ilə diqqətimi çəkdi.
2013-cü il sentyabrın 18-də Memorial Kompleksin açılış günü cənab Prezidenti və Mehriban xanımı, digər qonaqları ekspozisiyanın müəllifi kimi mən müşayiət edirdim. Muzeyi gəzən Prezident “1918-ci il qırğınlarının rəhbərləri və icraçıları” adlı yeganə şəkilsiz, amma erməni yaraqlıların istifadə etdiyi silahlarla – tüfəng və xəncərlədən tutmuş, küt alətlər və insan kəllələrindən çıxmış mıxlara qədər – qüvvətləndirilmiş ekspozisiyanın qarşısında ayaq saxladı. Verilən məlumatları dinlədikcə gizlədə bilmədiyi ikrah və nifrətlə “Biz də bunları 70 il qəhrəman bilmişik...” kimi fikirlər söylədi. Bu zaman onun gözlərində, səsində, daha sonra kəskin hərəkətlə dönüb aralanmasında ifadə olunan qəzəb məni bir anlıq çaşırdı. Çünki dövlət başçısı kimi hər halda bir qədər uzaqdan, rəsmi şəxs kimi qəbul etdiyimiz bu insanın hər bir azərbaycanlının düşmənə münasibətində keçirdiyi daxili hisslərini bu qədər açıq və aydın büruzə verməsi mənim üçün həqiqətən gözlənilməz idi. O zamandan bəri mən İlham Əliyevin Ermənistan prezidentləri ilə müxtəlif görüşlərini izləyərkən, onun ciddi, təmkinli, bəzən azca istehzalı baxışlarını, qarşısındakını necə diqqətli bir sükutla dinlədiyini, sonra özünün aramla, tələsmədən, sakit tərzdə danışdığını görəndə hər dəfə onun erməni işğalçılarına qarşı Qubadakı sərt reaksiyasını xatırlayıram və diplomatik görüşlərdə dövlət başçısı kimi nümayiş etdirdiyi səbrinə layiqi qiymət verirəm.

Həmin günün müşahidələri bununla bitmir. Muzeyin Çıxış hissəsində sonuncu ekspozisiyanı bir qədər uzaqdan görən Prezident “O, Qafqaz İslam Ordusu” – deyə addımlarını sürətləndirdi, bu ordunun şəkillərinə bir-bir baxdı, deyilənlərə həvəslə qulaq asdı, sonra mənə “Bu çox düzgündür ki, muzey nikbin ruhla bitir ...” deyə həmin tarixi hadisənin bu günün nəzərindən əhəmiyyəti, özünün ordu quruculuğuna diqqəti haqda çox maraqlı fikirlər söylədi.

Həmin fikirləri Prezident İlham Əliyev Quba ictimaiyyəti qarşısındakı çıxışında daha geniş şəkildə ifadə etdi. 45 dəqiqəlik kağızsız, hazırlıqsız, səlis dillə, inadlı tonla, improvizə xarakterli çox məzmunlu nitqində ölkə başçısı 1918-ci il hadisələri ilə bu günkü işğal faktlarını müqayisə edir, “Muzeydə dağıdılmış Şamaxının görüntüləri var, bu gün Ağdam o gündədir, Füzuli o gündədir” - deyə vurğulayır, “1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, müasir Azərbaycan ordusu da torpaqlarımızı işğaldan azad edəcəkdir! Mən bunu sizə söz verirəm!” - inamını bildirirdi.

Bütün bunları yazmaqda məqsədim Prezidentin AXC tarixi və o dövrlə bağlı fikirlərinin oyatdığı xatirələrlə sadəcə bölüşmək deyil. Mən Prezidentlə bu ilk ünsiyyətimdə onun işğalçı düşmənə bir azərbaycanlının, bir Azərbaycan vətəndaşının real, bütün çılpaqlığı ilə büruzə verilən şəxsi nifrətini, bu işğalın qoyduğu daxili acısını hiss etmişəm və onun öz nifrət və acısında tam səmimi olduğuna inanıram. Bu hissiyyatı və səmimiyyətindən də çıxış edərək mən İlham Əliyevin həqiqətən Qarabağı, işğal altında olan bütün torpaqları azad etmək niyyətinə və qətiyyətinə inanıram. Ən əvvəl bir Azərbaycan kişisi, sonra belə bir tarixi missiyanı və məsuliyyəti boynuna götürmüş bir dövlət başçısı olaraq verdiyi vədə əməl edəcəyinə inanıram. Sizin də inanmağınızı istərdim! İnanmasaq olmaz! Əks halda Prezidentin "Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” – sözlərinin arxasında dövlətçiliyimizin varislik ənənələrinə inanmamış olacağıq!

Çünki həqiqətən və “Əlbəttə, tarixdən ibrət götürməliyik”!

Rusiya İmperiyasının parçalanması şəraitində, olduqca mürəkkəb bir mühitdə “quru yerdə bayraq qaldırmış” (M.Ə.Rəsulzadə) Azərbaycan Cümhuriyyəti dövrün mövcud ağır şərtləri daxilində cəmi 9, 2 kv.km. ərazi itkisi ilə çətinliklərə sinə gəldi, az müddət ərzində işğal olunmuş digər əraziləri qaytardı və 1920-ci ilin 28 aprelində məcburiyyət qarşısında öz hakimiyyətini Sovet Azərbaycanına 114 kv. km ərazi hüdudlarında, Müstəqilliyin saxlanması şərti ilə təhvil verdi.

İkinci respublika bu dövləti həmin hüdudlar çərçivəsində və tam müstəqil şəkildə saxlaya bilmədi.
1991-ci ildə, bu dəfə SSRİ- nin dağıldığı bir şəraitdə müstəqilliyini bərpa etmiş üçüncü – müasir Azərbaycan Respublikası da öz dövlətçiliyini torpaq itkiləri verməklə əldə etdi. Amma bütün əvvəlki dövrlərlə müqayisədə daha geniş dövlətçilik və müstəqillik imkanlarına malik olan bu günkü Azərbaycan dövlətinin öz ərazilərinin artıq 20 %-ni itirməsi, əvvəllər görünməmiş sayda - yüz minlərlə qaçqın və köçkün problemi ilə üzləşməsi və bu vəziyyətin artıq 28 il davam etməsi faktı həqiqətən həyəcan doğurur.

AXC və Az.SSR-dən fərqli olaraq bir çox beynəlxalq qurumların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının üzvü, bütün yeraltı və yerüstü sərvətlərinin yeganə sahibi, regionda ən güclü ordusu, torpaqlarının işğaldan azad edilməsini bütün varlığı ilə arzulayan və bu yolda hər çətinliyə hazır xalqının dəstəyi olan dövlətin Prezidenti bu gün AXC tarixi ilə müqayisədə “o hadisələr təkrarlanmasın... Müstəqilliyimiz əbədi olsun” kimi mesajlar verirsə, bunu müstəqilliyimizə ciddi təhlükənin yarandığı kimi qəbul etməliyikmi ? Əslində bu təhlükənin həmişə olduğu və ənənəvi olaraq haradan gəldiyi heç kəsə sirr deyildir.

Lakin gəlin inanaq ki, ən yaxın zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyətdən böyük dəstək alaraq qarşıdakı bütün maneələri və təhlükələri dəf edəcək, xalqımızın və dövlətçiliyimizin indiki durumundan çıxmasını, işğal altında olan ərazilərimizin qaytarılmasını, millətimizin Şərəf və Ləyaqətinin bərpa olunmasını təmin edəcək.

Bununla da müasir Azərbaycan Respublikasının Azərbaycan Cümhuriyyətinin həqiqi varisi olduğu bir daha öz sübutunu tapacaq.

“Hücum !” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan!

"Ümid yalnız sənədir, Azərbaycan Əsgəri!"

Cümhuriyyət ordusu qəhrəmanlarının, Yalama sərhəd batalyonunun, Gəncə və Qarabağ üsyanlarının son qanına qədər vuruşmuş igidlərinin xələfləri, müasir Azərbaycan ordusunun əsgərləri, zabitləri və generalları!

Sizdən Qələbə gözləyirik və söz veririk ki, biz də tarixçi kimi öz öhdəmizə düşən vəzifəmizi layiqincə yerinə yetirəcək, sizin şanlı qəhrəmanlığınızı olduğu kimi tarixə yazacağıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50